Şuşa rayonu üzrə 2023-cü il üçün kənd təsərrüfatı bitkiləri məhsullarının toplanışı haqqında

Şuşa rayonu üzrə 2023-cü ilin məhsulu üçün 01 yanvar 2023-cü il vəziyyətinə 2306,8
hektar sahədə şumlama işi aparılmış və ondan 2090,3 hektarında dən və yaşıl yem üçün
payızlıq bitkilər səpilmişdir. Payızlıq əkin sahəsindən 744,9 hektarında buğda, 1232,8
hektarında arpa, 112,6 hektarında isə yaşıl yem üçün xəsil əkilmişdir. Yazlıq əkin
qurtaranadək 867,0 hektar, yəni 195,8 hektar buğda sahəsi və 671,2 hektar arpa sahəsi
məhv olmuşdur. Məhsul yığımı üçün yaz əkininin sonunadək 549,1 hektar buğda sahəsi
və 561,6 hektar arpa sahəsi salamat qalmışdır.
Bundan başqa 2023-cü ilin məhsulu üçün rayon üzrə 179,2 hektar sahədə isə yazlıq
əkini işləri aparılmışdır. Yazlıq əkindən 10,8 hektar sahədə dən üçün qarğıdalı, 2,7 hektar
sahədə kartof, 67,9 hektar sahədə tərəvəz, 82,0 hektar sahədə ərzaq üçün bostan bitkiləri,
yəni 30,0 hektarda qarpız, 52,0 hektarda yemiş, 15,8 hektar sahədə isə yazlıq yonca
əkilmişdir.
Bundan başqa keçən ilin əkmələrindən 70,6 hektar sahədə yonca vardır.
Rayon üzrə il ərzində yeni salınmış bağ sahəsi olmamış, bar verən yaşda isə 12,5
hektar bağ sahəsi vardır.
2023-cü ildə əkin sahəsində məhsul yığımı aşağıdakı kimi olmuşdur:
2023-cü ildə 549,1 hektar buğda sahəsindən 11539,0 sentner məhsul əldə edilmişdir
ki, bu da keçən ilə nisbətən 20,22 faiz azdır. Keçən il məhsuldarlıq 22,5 sentner/ha olduğu
halda, bu il 21,0 sentner/ha olmuşdur ki, bu da keçən ilə nisbətən 1,5 sentner/ha azdır.
2023-cü ildə 561,6 hektar arpa sahəsindən 11332,0 sentner məhsul əldə edilmişdir
ki, bu da keçən ilə nisbətən 51,14 faiz azdır. Keçən il məhsuldarlıq 20,3 sentner/ha olduğu
halda, bu il 20,2 sentner/ha olmuşdur ki, bu da keçən ilə nisbətən 0,1 sentner/ha azdır.
2023-cü ildə 2,7 hektar kartof sahəsindən 405,0 sentner məhsul əldə edilmişdir ki, bu
da keçən ilə nisbətən 76,09 faiz artmışdır. Keçən il məhsuldarlıq 115,0 sentner/ha olduğu
halda, bu il də 150,0 sentner/ha olmuşdur ki, bu da keçən ilə nisbətən 35,0 sentner/ha
çoxdur.
2023-cü ildə 67,9 hektar tərəvəz sahəsindən 12959,0 sentner məhsul əldə edilmişdir
ki, bu da keçən ilə nisbətən 39,49 faiz azdır. Keçən il məhsuldarlıq 211,0 sentner/ha
olduğu halda, bu il 190,9 sentner/ha olmuşdur ki, bu da keçən ilə nisbətən 20,1 sentner/ha
azdır.
2023-cü ildə 82,0 hektar sahədə ərzaq üçün bostan bitkiləri sahədən 15463,0 sentner
məhsul əldə edilmişdir ki, bu da keçən ilə nisbətən 148,6 faiz çoxdur. Keçən il
məhsuldarlıq 122,0 sentner/ha olduğu halda, bu il 188,6 sentner/ha olmuşdur ki, bu da
keçən ilə nisbətən 66,6 sentner/ha çoxdur.
2023-cü ildə 86,4 hektar yonca sahəsindən 3639,0 sentner məhsul əldə edilmişdir ki,
bu da keçən ilə nisbətən 39,37 faiz azdır. Məhsuldarlıq keçən ilə nisbətən dəyişməyərək
42,1 sentner/ha olmuşdur.
2023-cü ildə 12,5 hektar meyvə bağı olmuşdur ki, bundan da 12,5 hektarı da
barverən yaşda olmuşdur. Meyvə bağlarından 812,5 sentner məhsul əldə edilmiş,
məhsuldarlıq 65,0 sentner/ha olmuşdur.

Şuşa Rayon Statistika İdarəsinin rəisi
Anar Xəlilov

Rəylər

Aşağıdakı məlumatları qeyd edin