Şuşa rayonunda yeni iş yerləri

Məşğulluq imkanları artdıqca əhalinin həyat səviyyəsi də yüksəlir və vətəndaş məmnunluğu təmin olunur. Bu kimi məqamlar nəzərə alınmaqla Azərbaycanda da əmək bazarının genişləndirilməsi daim diqqət mərkəzində saxlanılır. Respublikamızda həm köhnə iş yerlərinin qorunmasına həssas yanaşma sərgilənir, həm də bütün ölkə üzrə davamlı şəkildə yeni iş yerləri yaradılır.  Prezident İlham Əliyevin imzaladığı müvafiq sənədlər əsasında reallaşdırlan islahatlar milli iqtisadiyyatımızın qarşısında geniş imkanlar yaradır. Xüsusilə işğaldan azad olunmuş ərazilərimizdə gedən geniş quruculuq bərpa işləri yeni iş yerlərinin açılmasına böyük töhfə verir. O cümlədən də geri öz yurdlarına qayıdan vətəndaşlarımızın məşğulluq məsələləri bu gün prioritet hesab olunur. Şuşa rayonunda da əhalinin məşğulluğuna daim diqqət yetirilib və bu gün də yuxarıda qeyd olunduğu kimi əsas tələblərdən hesab olunur. Bunun nəticəsi olaraq da, Şuşa rayonu üzrə 2023-cü il ildə 275 yeni iş yeri açılmışdır ki, bunların hamısı daimi iş yerləridir. Açılmış iş yerlərindən 139-u mövcud hüquqi şəxslərdə, 136-sı isə yeni yaradılmış hüquqi şəxslərdədir. Bu da 2022-ci ilə nisbətən 147 yeni iş yeri, yəni 2,1 dəfə  çoxdur.

 

Şuşa Rayon Statistika İdarəsinin rəisi 

Anar Xəlilov

 

Rəylər

Aşağıdakı məlumatları qeyd edin