"Qarabağ" Avropa Liqasının 1/8 finalında

Bu gün UEFA Avropa Liqasının pley-off mərhələsinin cavab oyunları keçirilib.

QOL.az xəbər verir ki, Azərbaycanı turnirdə təmsil edən "Qarabağ" da meydana çıxıb.

Qurban Qurbanovun komandası Bakıda "Braqa"nı qəbul edib. Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən dramatik görüş "Braqa"nın 3:2 hesablı qələbəsi ilə başa çatıb.

Portuqaliyada 4:2 hesabı ilə möhtəşəm qələbə qazanan Ağdam təmsilçisi iki oyunun nəticəsinə görə qalib gələrək 1/8 finala adlayıb və Azərbaycan futbolunda daha bir tarix yazıb.

 

22 fevral

UEFA Avropa Liqası

Pley-off mərhələsinin cavab oyunu

21:45. "Qarabağ" (Azərbaycan) - "Braqa" (Portuqaliya) - 2:3 

Qollar: Rojer Fernandes, 70 (0:1), Alvaro Djalo, 83 (0:1), Mateus Silva, 102 (1:2), Simon Banza, 115-pen. (1:3), Nəriman Axudzadə, 120+2 (2:3)

Qırmızı vərəqə: Elvin Cəfərquliyev, 57 ("Qarabağ")

Baş hakim: Georgi Kabakov (Bolqarıstan)

Bakı. Tofiq Bəhramov adına Respublika stadionu

İlk oyun - 4:2

Rəylər

Aşağıdakı məlumatları qeyd edin