“Azəriqaz” işğaldan azad edilmiş ərazilərdə görülən işləri açıqlayıb

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi işğaldan azad edilmiş ərazilərdə qazlaşdırmanın təmin edilməsi üçün infrastrukturun yaradılması ilə bağlı görülən işləri açıqlayıb.

“Report”un məlumatına görə, qurumun İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev bu gün media və QHT nümayəndələri üçün keçirilən “Açıq qapı” aksiyası zamanı bildirib ki, artıq bu il ərzində işğaldan azad edilmiş ərazilərdə ümumilikdə 11 min 256 metr daşıyıcı qaz xətləri çəkilişi həyata keçirilib.

Onun sözlərinə görə, işğaldan azad olunan ərazilərdə infrastrukturun normallaşdırılması üçün birlik əlindən gələni hər bir şeyi ən yüksək səviyyədə icra etməkdədir.

Rəylər

Aşağıdakı məlumatları qeyd edin