Ermənilərin viran qoyduğu 500 tarixi abidə və yenidən qurulan Xankəndi

Xankəndidə quruculuq işləri davam edir. Hazırda separatçılara məxsus qanunsuz tikililərin söküntü işi aparılır. Bu gün Xankəndidə daha bir binanın sökülməsinə başlanılıb.

Daha öncə xəbər verdiyimiz kimi Xankəndidə erməni separatçılar tərəfindən “parlament” binası kimi istifadə edilən bina da sökülüb.
Erməni mediası və sosial şəbəkələrin erməni seqmenti bu quruculuq işlərini başqa formada təqdim edir, yenə hansısa qüvvələri üstümüzə qaldırmaq istəyirlər. Deyirlər ki, Azərbaycan guya ərazidəki tarixi binaları məhv edir.

17096481593814823957_1200x630.jpg (126 KB)

Ermənilər bizi özləri ilə səhv salırlar. 30 il ərzində Azərbaycan torpaqlarında daşı daş üstündə qoymayan ermənilər tarixi abidələrimizi də məhv ediblər. İşğal nəticəsində Azərbaycana aid 500 tarixi-memarlıq abidəsi, 100-dən çox arxeoloji abidə, minlərcə əsərin qorunduğu 22 muzey, 4 rəsm sərgisi, 4,6 milyon kitab və əlyazma saxlanan 927 kitabxana, 85 incəsənət məktəbi, 20 mədəniyyət sarayı, 4 dövlət teatrı ermənilər tərəfindən dağıdılıb.

Yəni söküntü, barbarlıq görmək istəyənlər işğaldan azad edilən ərazilərin hələ bərpa olunmayan hissələrinə gedə bilərlər. 30 il ərzində 67 məscidimizdən 65-i ermənilər tərəfindən viran qoyulub. Bu barbarlar daşdan, binadan, qəbirdən belə qisas alıblar.

6800cbf92f5830ab370b5e0531469e6f.jpg (159 KB)

Azərbaycan isə bu gün Xankəndini- öz əzəli torpağını barbarların hinindən, yöndəmsiz tikililərindən təmizləyir, ağ günə çıxarır, dirçəldir. Azərbaycanın torpaqları işğaldan azad olunmaqla boş, dağılmış, xarabalıq ərazi olmaqdan qurtulur. İndi bütün Qarabağa həyat qayıdır.
Ermənilərin viran qoyduğu abidələrimizdən fərqli olaraq bu gün sökülən separatçıların yuvasının irsə heç bir aidiyyəti yoxdur. Bu bina 2013-cü ildə istifadəyə verilib. Yəni heç də tarixi deyil.

Xankəndi şəhərinin Baş planı isə SSRİ zamanında Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə təsdiqlənib, şəhərdə Azərbaycan SSR tərəfindən geniş tikinti-quruculuq işləri aparılıb.

Ermənistanın Qarabağı işğal etməsindən sonra isə Xankəndidə lazımsız tikinti işləri həyata keçirilib, şəhərin Baş planına uyğun olmayan tikililər inşa olunub.

Konkret olaraq qondarma qurumun “parlament” binası və “YERKRAP”-ın binası Azərbaycana qarşı işğal və soyqırımı planlarının hazırlandığı və icra edildiyi məkan hesab olunur.

Снимок-2.JPG (53 KB)

Binanın açılışı yuxarıda da qeyd etdiyimiz kimi 2013-cü il mayın 9-na Şuşa şəhərinin işğalının növbəti ildönümü gününə təyin olunub.
Bina separatçı rejimin “müdafiə nazirliyi”nin dəstəyi və erməni diasporunun ən varlı nümayəndələrindən biri, 2014-cü ildə maliyyə fırıldaqlarına görə Rusiyada həbs olunmuş və həbsxanada ölmüş Levon Ayrapetyanın xeyriyyə fondu, işğal olunmuş ərazilərə külli miqdarda “investisiya” qoymuş VALLEX-qrup və Moskva, Stavropol şəhərlərindəki erməni diasporunun nümayəndələrinin sponsorluğu ilə tikilib.

Əslində, separatçılar qondarma parlamentlərinin binasını Şuşaya köçürmək istəyirdilər. Ancaq Azərbaycan ordusunun Şuşanı azad etməsi onların bu planını pozdu, bina yarımçıq qaldı.

Ali Baş komandan, Prezident İlham Əliyev Şuşa işğaldan azad olunandan sonra oradakı çıxışında bildirmişdi ki, qondarma rejim bəyan etmişdi ki, “Dağlıq Qarabağ respublikası”nın “parlamentini” Şuşa şəhərinə köçürəcək. Beləliklə, Şuşa şəhərini erməniləşdirmək üçün növbəti cəhd edilməli idi. Bax, bu binanı onlar “Dağlıq Qarabağ respublikası”nın “parlament” binası kimi inşa etməyə başlamışdılar. Ancaq çatdıra bilmədilər. Biz gəldik, bu torpağın sahibləri gəldi, onları buradan qovdu və beləliklə, onların bu çirkin əməlləri həyata keçmədi. “Parlament” də gorbagor oldu, status da gorbagor oldu, cəhənnəmə getdi”.

6a2fba921c710bd1ad3d7a4b62916fe9.jpg (80 KB)

Prezidentin dediyi kimi, Xankəndidəki separatçı rejim də, onların hini də gorbagor oldu, cəhənnəmə getdi. Xankəndi də, Şuşa da ən gözəl şəhərlərdən birinə çevriləcək. Bunu biz orada görülən işlərdən, layihələrdən də görürük.

Qafar Səfərli,
Musavat.com

Rəylər

Aşağıdakı məlumatları qeyd edin