Üzeyir Hacıbəylinin heykəlinə ayaqqabı atan şəxs müəyyən olunub

Dahi bəstəkar Üzeyir Hacıbəylinin Bakı şəhəri Nəsimi rayonunda yerləşən heykəlinin üzərinə ayaqqabı atan şəxs müəyyən olunub.

Bu barədə APA-ya Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin əməkdaşı, polis leytenantı Nurlan Əliyev məlumat verib.

Nurlan Əliyev deyib ki, həmin şəxs barəsində qanunamüvafiq tədbir görülüb: “Həmin şəxs müəyyən olunub, polis orqanına dəvət edilib və barəsində qanunamüvafiq tədbir görülüb".

shushainfo.com

Rəylər

Aşağıdakı məlumatları qeyd edin