Şuşa rayonu üzrə sənayenin göstəriciləri

Sənaye müəssisələri tərəfindən 2024-cü ilin yanvar-mart ayları ərzində malların istehsalı və xidmətlərin göstərilməsi işlərinin dəyəri 2104,0 min manat olmuş və onun 291,8 min manatı emal sənayesinin, 1812,2 min manatı isə elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təсhizatı sahəsinin payına düşmüşdür.

 Ötən ilin müvafiq dövründə yerinə yetirilmiş işlərin dəyəri 1193,2 min manat olmuşdur. Sənaye istehsalının indeksi (sabit qiymətlərlə) 2024-cü ilin yanvar-mart aylarının 2023-cü ilin yanvar-mart aylarına nisbəti 138,6 faiz olmuşdur.

Sənaye  təşkilatlarında  ilin əvvəlindən 164  nəfər çalışmış, onlara 836,7 min manat əməkhaqqı fondu hesablanmış və bir işçiyə düşən orta aylıq nominal əməkhaqqı 1704,1 manat olmuşdur.

 

Şuşa Rayon Statistika İdarəsinin rəisi 

Anar Xəlilov

Rəylər

Aşağıdakı məlumatları qeyd edin