Şuşa rayonu üzrə tikintinin göstəriciləri

Tikinti təşkilatlarının 2024-cü ilin yanvar-mart ayları ərzində tikinti-quraşdırma işləri 174462,5 min manat olmuşdur ki, onun da 171263,8 min manatını dövlət mülkiyyəti, 3198,7 min manatı isə qeyri-dövlət mülkiyyəti üzrə yerinə yetirilmişdi.

2023-cü ilin yanvar-mart ayları ərzində tikinti quraşdırma işlərinin dəyəri 110531,9 min manat olmuşdur.

2024-cü ilin yanvar-mart ayları ərzində yerinə yetirilmiş tikinti quraşdırma işlərinin həcmi 2023-cü ilin yanvar-mart aylarına nisbətən 63930,6 min manat, yəni 58,0 faiz artmışdır.

2024-cü ilin yanvar-mart ayları ərzində əsas kapitala 175272,5 min manat investisiya yönəldilmişdir.

 

Şuşa Rayon Statitika İdarəsinin rəisi

Anar Xəlilov

Rəylər

Aşağıdakı məlumatları qeyd edin