Xankəndindən Laçın istiqamətinə sülhməramlıların daha 23 avtomobili maneəsiz keçib

Şuşadan keçən Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus daha 23 avtomobilin hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb. 

"Report"un aksiya keçirilən ərazidəki əməkdaşı xəbər verir ki, nəqliyyat vasitələrinin maneəsiz şəkildə hərəkət etməsi təmin olunub.

Belə ki, 2-si minik, 21-i isə yük maşını olmaqla 23 nəqliyyat vasitəsi Xankəndidən Laçın istiqamətinə keçid edib. 

Bu, bir daha onu sübut edir ki, yol aksiyanın keçirilməsinə baxmayaraq, humanitar məqsədlər üçün açıqdır.

Bununla da gün ərzində Xankəndi-Laçın yolunda maneəsiz hərəkət edən Rusiya sülhməramlılarına məxsus avtomobillərin sayı 25-ə çatıb. 

Rəylər

Aşağıdakı məlumatları qeyd edin