Xankəndidə adambaşına bir nazir düşür

Bu sabah Xankəndidə separatçı rejimin başçısı Araik yuxudan duran kimi beş nazir təyin edib. Yeni ədliyyə, xarici işlər, şəhərsalma, miqrasiya, yaşayış məsələləri üzrə nazirləri təyin olunub. Necə dəyərlər, Xankəndidə itə daş atırsan birinci Vardanyana, sonra da o biri nazirlərə dəyir.

Köhnə nazir David Babayan heç İrəvandan Xankəndinə gələ bilmədi. Laçın yolundakı aksiya mane oldu. Fikirləşiblər ki, yerinə kimi qoysunlar, baxıblar ki, İrəvandan Xankəndinə gəlib qohumlarına baş çəkən Sergey Kazaryan aksiyadan sonra geri qayıda bilmir. Evindən çıxarıb gətiriblər ki, gəl nazir ol. Bunun da “bəxti” belə gətirdi. Təyinat vaxtı Kazaryan Araikə sual verib ki, tutduğum vəzifəyə görə gərək tez-tez xaricə səfər edəm, amma yol bağlıdı, bu iş necə olacaq? Araik də cavab verib ki, arada Ağdərəyə, Əsgərana dəyərsən, deyərik ki, xaricə ezamiyyətə gedib, onsuz da oralar bizlərdən ötrü bir müddətdən sonra xaric olacaq.

 Təyinatdan sonra nazirlər evlərinə gedib. İş yox, güc yox, ayrı nə etsinlər ki..?(moderator.az)

Rəylər

Aşağıdakı məlumatları qeyd edin