Daha üç xəstə erməni Qarabağdan İrəvana aparıldı

Bu gün səhər saatlarında Qarabağdan Ermənistana daha üç xəstə aparılıb.

Bu barədə Beynəlxalq Qızıl Xaç Komitəsinin Ermənistandakı nümayəndəsi Zara Amatuni bildirib.

"Bu gün üç xəstə iki müşayiətçi və bir tibb bacısı ilə birlikdə Ermənistana çatdırılıb", - Amatuni deyib.

Beləliklə, ümumilikdə Beynəlxalq Qızıl Xaç Komitəsi müvafiq müalicəyə ehtiyacı olan 19 xəstəni Qarabağdan Ermənistana daşıyıb.

Xatırladaq ki, dekabrın 12-dən azərbaycanlı ekofəallar Laçın yolunda etiraz aksiyası keçirirlər. Bununla yanaşı, yol humanitar məqsədlər üçün açıqdır.

Rəylər

Aşağıdakı məlumatları qeyd edin