2024-cü ilin yanvar-iyun aylarında Cəbrayıl rayonunda tikintinin inkişafı haqqında
Tikinti təşkilatlarının 2024-cü ilin yanvar-iyun aylarında öz gücləri ilə yerinə yetirdikləri podrat işlərinin dəyəri 165735,3 min manat olmuşdur. Tikinti podrat işlərinin 164430,0 min manatını yenidənqurma, əsaslı tikinti işləri, 792,7 min manatını cari təmir işləri, 512,6 min manatını isə sair işlər təşkil etmişdir.
Ötən ilin müvafiq dövründə yerinə yetirilmiş podrat işlərinin dəyəri 138505,2 min manat olmuşdur. Hesabat dövründə yerinə yetirilmiş podrat işlərinin həcmi ötən ilin müvafiq dövrünə nisbətən 27230,1 min manat və ya 19,7 faiz çox olmuşdur.
Tikinti təşkilatlarında hesabat dövrünə işçilərin sayı 90 nəfər olmuşdur ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 28,0 faiz azdır. Onlara 300,0 min manat əməkhaqqı fondu hesablanmış və bir işçiyə düşən orta aylıq nominal əməkhaqqı 552,5 manat olmuşdur. Ötən ilin müvafiq dövründə isə tikinti təşkilatlarında 126 nəfər çalışmış, onlara 367,6 min manat əməkhaqqı fondu hesablanmış və bir işçiyə düşən orta aylıq nominal əmək haqqı 487,5 manat olmuşdur. Hesabat dövründə bir işçiyə düşən orta aylıq nominal əməkhaqqı ötən ilin müvafiq dövrünə nisbətən 13,3 faiz çox olmuşdur.
Cəbrayıl Rayon Statistika İdarəsinin rəisi
Sahib Süleymanov
0 Rəy