Ötən həftə Qarabağ və Şərqi Zəngəzurda nə qədər ərazi minalardan təmizlənib?

Ötən həftə Qarabağ və Şərqi Zəngəzurda 0,0955 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.

Bu barədə Minatəmizləmə Agentliyindən (ANAMA) məlumat yayıb.

Bildirilib ki, yanvarın 9-dan 14-dək Tərtər, Kəlbəcər, Ağdam, Xocalı, Xocavənd, Laçın, Şuşa, Füzuli, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı 1 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

Nəticədə 0,0955 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.

 

Rəylər

Aşağıdakı məlumatları qeyd edin