Qarabağda minadan təmizlənən ərazinin SAHƏSİ
Azad olunan ərazilərdə dekabrın 2-dən 8-dək 29 tank əleyhinə mina, 57 piyada müdafiə mina, 461 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və müdafiəsizləşdirilib.
Bu barədə Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) azad edilmiş ərazilərdə humanitar minatəmizləmə əməliyyatları ilə bağlı həftəlik məlumatında deyilir.
Məlumata əsasən, həftə ərzində 768,4 hektar ərazi minalardan təmizlənib.
Qeyd edək ki, minatəmizləmə əməliyyatlarını ANAMA, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi (FHN) və Dövlət Sərhəd Xidməti (DSX) və dördüncü özəl Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam, Xocalı, Xankəndi, Şuşa, Xocavənd, Laçın, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan ərazilərində keçib.
0 Rəy