MN: "Azərbaycan Ordusunun Ermənistan bölmələrinə atəş açması barədə məlumat yalandır"

Yanvarın 19-u səhər saatlarında guya Azərbaycan Ordusunun bölmələri tərəfindən atəş açılması və nəticədə qarşı tərəfin hərbi qulluqçusunun yaralanması barədə Ermənistan Müdafiə Nazirliyinin yaydığı məlumat yalandır.

Bu barədə "Report"un sorğusuna cavab olaraq Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

"Yayılan məlumatı qəti surətdə təkzib edirik", - nazirlikdən bildirilib.

Rəylər

Aşağıdakı məlumatları qeyd edin