Şuşa rayonunda Kənd təsərrüfatının siyahıyaalınması ilə bağlı yığıncaq keçirilmişdir

17.03.2025-ci il tarixində Şuşa Rayon İcra Hakimiyyətinin İnzibati binasında rayonun aqrar sektronun inkişafına statistik  baxış və bu il keçiriləcək kənd təsərrüfatı siyahıyaalınmasına dair yığıncaq keçirilmişdir. Tədbirdə Şuşa Rayon İcra Hakimiyyəti Başçısı Bayram Səfərov, Yardım komissiyasının sədri, Şuşa Rayon İcra Hakimiyyəti başçısının ərazi idarəetmə və yerli özünü idarəetmə orqanları ilə iş şöbəsinin müdiri Qalib Kazımov və digər komissiya üzvləri, ərazi İcra nümayəndələri və s. iştirak etmişdilər.
Şuşa rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov tədbiri açaraq mövzu ilə bağlı fikirlərini bildirmişdir. Sonra Komissiyanın sədri Qalib Kazımov və Şuşa  Rayon Statistika İdarəsinin rəisi Anar Xəlilov çıxış edərək yığıncaq iştirakçılarının nəzərinə 2025-ci ilin iyul-avqust aylarında Şuşa rayonunda keçiriləcək kənd təsərrüfatının siyahıya alınması ilə bağlı qarşıda duran vəzifələr və görüləcək işlərlə bağlı məlumatları görüş iştirakçılarının nəzərinə çatdırdılar. Çıxışçılar iclas iştirakçılarının nəzərinə siyahıyaalınmanın keçirilməsi forması, tarixi, təlimatçı nəzarətçilərin və sayıcıların seçilmə qaydası, o cümlədən qəbul edilmiş normativ hüquqi aktlar barədə geniş məlumat verdilər. Yığıncaqda qarşıya qoyulan vəzifələrlə bağlı geniş müzakirələr aparıldı və müvafiq tapşırıqlar verildi.

shushainfo.com

 

Rəylər

Aşağıdakı məlumatları qeyd edin