Kəlbəcərdə maşın aşdı - Qadın hərbçi öldü
Kəlbəcər rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
Modern.az-ın məlumatına görə, 99-NK-848 dövlət nömrə nişanlı "Nissan Pathfinder" markalı avtomobilin aşması nəticəsində 1983-cü il təvəllüdlü Şahverdiyeva İlahə Rəsul qızı ölüb.
Faktla bağlı araşdırma aparılır.
Qəzaya düşərək həlak olan İ.Şahverdiyeva hərbçidir. "Qafqazinfo" bildirib ki, "N" saylı hərbi hissədə gizir kimi xidmət göstərirmiş.
0 Rəy