Laçın rayonu üzrə heyvandarlıq məhsulları istehsalı artıb

2022-ci ildə Laçın rayonu üzrə heyvandarlıq sahəsində uğurlu nəticələr əldə edilib, heyvandarlıq məhsulları istehsalında artım qeydə alınıb.

Laçın rayon statistika idarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, 2022-ci ilin yanvar-dekabr aylarında rayon üzrə 2288,7 ton ət, 19 min 882,1 ton süd, 275 ton yun və 4685 min ədəd yumurta istehsal edilib. 2021-ci illə müqayisədə ət istehsalı 19,3 faiz, süd istehsalı 31,5 faiz, yun istehsalı 20,1 faiz, yumurta istehsalı isə 26,8 faiz artıb.

Rəylər

Aşağıdakı məlumatları qeyd edin