Çexiya telekanalının əməkdaşları Laçın yolunda

Çexiyanın "Ceskatelevize" telekanalının əməkdaşları Xankəndi-Laçın yolunda ekoloji aksiya keçirilən ərazidə çəkiliş aparıblar.

 

Modern.az-ın məlumatına görə, nümayişçilər xarici jurnalistləri aksiyanın keçirilmə səbəbləri baradə məlumatlandırıblar.

 

Xatırladaq ki, dekabrın 12-dən etibarən azərbaycanlı eko fəallar, ictimaiyyət nümayəndələri sülhməramlıların postu yaxınlığında etiraz aksiyası keçirirlər. Aksiyada etiraz edənlərin əsas tələbləri Rusiya sülhməramlılarının komandanı Andrey Volkovun gəlməsi, azərbaycanlı mütəxəssislərin montorinq aparılması üçün lazımi şərait yaradılması, ermənilərin Azərbaycan torpaqlarında ekoloji terrora son qoyulması, Ermənistanla sərhəddə Laçın istiqamətində ayrıca sərhəd və gömrük nəzarəti postlarının yaradılması, Azərbaycan ərazisinə qanunsuz silah daşınmasının qarşısının alınmasıdır.

Rəylər

Aşağıdakı məlumatları qeyd edin