Hadrutdan köçən Samvel Xocalı ərazisində üzüm bağı salır və şərab zavodu tikir...

Müharibə nəticəsində Hadrutda üzüm bağlarını və şərab zavodunu itirən hayk iş adamı Samvel Qriqoryan biznesindən əl çəkməyib. O, qanunsuz olaraq məskunlaşdığı Xocalı rayonunun "Tsağkaşat" adlandırılmış Qışlaq kəndində yerləşib. 

Moderator.az xəbər verir ki, bu haqda "Ekonomyofarmeniya"  məlumat yayıb.

"Təqdim olunan biznes plan çərçivəsində 200 min üzüm kolundan ibarət üzüm bağının becərilməsi və 300 min şüşə şərab istehsal edəcək zavodun tikintisi üçün maliyyə ayrılacaq. Ümumi sərmayə 3,5 milyon dollar təşkil edəcək.

Bu günədək Fransadan gətirilmiş 12,5 hektar sahədə artıq 100 min ədəd üzüm kolu əkilib. İlk məhsul 2024-cü ildə yığılacaq və bu müddət ərzində Samvel şərab zavodu tikməyə hazırlaşır" - xəbərdə belə deyilir.

 

Sultan Laçın

Rəylər

Aşağıdakı məlumatları qeyd edin