Şuşa rayonu üzrə 2022-ci il üçün kənd təsərrüfatı bitkiləri məhsullarının toplanışı haqqında

2022-ci il Şuşa rayonu üzrə kənd təsərrüfatı sahəsində xeyli uğurlu göstəricilər olmuşdur, Şuşa rayon əhalisi məcburi köçkün olaraq respublikanın müxtəlif rayon və şəhərlərində məskunlaşmış və həmin ərazilərdə bu və ya digər formada torpaqdan istifadə etməklə müxtəlif növ kənd təsərrüfatı bitkilərinin əkinini aparmışlar.

Şuşa rayonu üzrə 2022-ci ilin məhsulu üçün 01 yanvar 2022-ci il vəziyyətinə 2302,5 hektar sahədə şumlama işi aparılmış və ondan 2099,8 hektarında dən və yaşıl yem üçün payızlıq bitkilər səpilmişdir. Payızlıq əkin sahəsindən 684,8 hektarında buğda, 1337,2 hektarında arpa, 77,8 hektarında  isə yaşıl yem üçün  xəsil əkilmişdir. 

Bundan başqa 2022-ci ilin məhsulu üçün rayon üzrə 313,4 hektar sahədə isə yazlıq əkin işləri aparılmışdır. Yazlıq əkindən 10,0 hektar sahədə yazlıq buğda, 6,0 hektarda dən üçün qarğıdalı, 2,0 hektar sahədə kartof, 101,5 hektar sahədə tərəvəz, 51,0 hektar sahədə ərzaq üçün bostan bitkiləri, yəni 6,5 hektarda qarpız, 44,5 hektarda yemiş, 10,5 hektar sahədə isə yazlıq yonca əkilmişdir.

Bundan başqa keçən ilin əkmələrindən  132,4 hektar  sahədə yonca vardır.

Rayon üzrə il ərzində yeni salınmış bağlar olmamış, bar verən yaşda isə 12,5 hektar bağ sahəsi vardır. 

2022-ci ildə əkin sahəsində məhsul yığımı aşağıdakı kimi olmuşdur:

2022-ci ildə 694,8 hektar buğda sahəsindən 6,5 hektarında məhsul olmadığı üçün biçilməmiş, biçilmiş 688,3 hektar buğda sahəsindən 15459,0 sentner məhsul əldə edilmişdir ki, bu da keçən ilə nisbətən 46,5% azdır. Keçən il məhsuldarlıq 23,3 sentner/ha olduğu halda, bu il 22,5 sentner/ha olmuşdur ki, bu da keçən ilə nisbətən 0,8 sentner/ha azdır.

2022-ci ildə 1337,2 hektar arpa sahəsindən 195,0 hektarında məhsul olmadığı üçün biçilməmiş, biçilmiş 1142,2 hektar arpa sahəsindən 23192,0 sentner məhsul əldə edilmişdir ki, bu da keçən ilə nisbətən 67,1% çoxdur. Keçən il məhsuldarlıq 19,0 sentner/ha olduğu halda, bu il 20,3 sentner/ha olmuşdur ki, bu da keçən ilə nisbətən 1,3 sentner/ha çoxdur.

2022-ci ildə 2,0 hektar kartof sahəsindən 230,0 sentner məhsul əldə edilmişdir ki, bu da keçən ilə nisbətən 4,5% artmışdır. Keçən il məhsuldarlıq 110,0 sentner/ha olduğu halda, bu il də 115,0 sentner/ha olmuşdur ki, bu da keçən ilə nisbətən 5,0  sentner/ha çoxdur. 

2022-ci ildə 101,5 hektar tərəvəz sahəsindən 21415,0 sentner məhsul əldə edilmişdir ki, bu da keçən ilə nisbətən 13,6% azalmışdır. Keçən il məhsuldarlıq  198,5 sentner/ha olduğu halda, bu il 211,0 sentner/ha olmuşdur ki, bu da keçən ilə nisbətən 12,5 sentner/ha çoxdur.

2022-ci ildə 51,0 hektar sahədə ərzaq üçün bostan bitkiləri sahədən 6220,0 sentner məhsul əldə edilmişdir ki, bu da keçən ilə nisbətən 9,9% azalmışdır. Keçən il məhsuldarlıq  78,9 sentner/ha olduğu halda, bu il 122,0 sentner/ha olmuşdur ki, bu da keçən ilə nisbətən 43,1 sentner/ha çoxdur.

2022-ci ildə 142,4 hektar yonca sahəsindən 6002,0 sentner məhsul əldə edilmişdir ki, bu da keçən ilə nisbətən 11,3% azdır. Məhsuldarlıq keçən ilə nisbətən dəyişməyərək  42,1 sentner/ha olmuşdur.

2022-ci ildə 12,5 hektar meyvə bağı olmuşdur ki, bundan da 12,5 hektarı da bar verən yaşda olmuşdur. Meyvə bağlarından 750,0 sentner məhsul əldə edilmiş, məhsuldarlıq 60,0 sentner/ha olmuşdur, 

 

Şuşa Rayon Statistika İdarəsinin rəisi     

A. Xəlilov                                           

Rəylər

Aşağıdakı məlumatları qeyd edin