01.01.2023-cü il vəziyyətinə Şuşa rayonunda heyvanların tam uçotunun aparılması yekunlaşmışdır

Kənd təsərrüfatı sahəsində aparılan islahatların uğurlu nəticəsi olaraq vətəndaşların şəxsi təsərrüfatlarında mal-qara və quşların sayı nəzərə çarpacaq şəkildə artmış, özəl sektorun hesabına kənd təsərrüfatı məhsullarının istehsalı xeyli çoxalmışdır.

01 yanvar 2023-cü il vəziyyətinə  heyvanların, quşların və arı ailələrinin tam uçotunun aparılması Şuşa rayonunun 13 inzibati ərazi dairəsi üzrə 38 yaşayış məntəqəsində keçirilmişdir. Aparılan siyahıyaalma nəticələri aşağıdakı kimi olmuşdur:

İribuynuzlu mal-qara rayon üzrə cəmi 4844 baş olmuşdur ki, bundan da şəhər yeri üzrə 1350 baş, kənd yeri üzrə isə 3494 baş olmuşdur.

İnək və camışlar rayon üzrə 2383 baş olmuşdur ki, bundan da şəhər yeri üzrə 660 baş, kənd yeri üzrə isə 1723 baş olmuşdur.

Qoyun və keçilər rayon üzrə 35093 baş olmuşdur ki, bundan da şəhər yeri üzrə 14592 baş, kənd yeri üzrə isə 20501 baş olmuşdur.

Quşlar rayon üzrə 19647 baş olmuşdur ki, bundan da şəhər yeri üzrə 3534 baş, kənd yeri üzrə isə 16113 baş olmuşdur.

Arı ailəsi rayon üzrə 3543 arı ailəsi olmuşdur ki, bundan da şəhər yeri üzrə 1161 arı ailəsi, kənd yeri üzrə isə 2382  arı ailəsi olmuşdur.

Atlar rayon üzrə 223 baş olmuşdur ki, bundan da şəhər yeri üzrə 53 baş, kənd yeri üzrə isə 170  baş  olmuşdur.

01 yanvar 2023-cü il vəziyyətinə rayon üzrə iribuynuzlu  mal – qara 4895 baş  olduğu  halda, bu  il 4884 baş olmuş, yəni 11 baş və  ya 1,0%,  inək  və  camış  keçən il  2413 baş  olduğu halda,  bu  il 2383 baş olmuş, yəni 30  baş  və  ya 1,2%,  qoyun və  keçi  keçən il  36247 baş  olduğu halda,  bu  il 35093 baş olmuş, yəni 1154 baş  və ya 3,2% azalmışdır.

Atlar  keçən il 216 baş  olduğu  halda, bu  il 223  baş olmuş, yəni 7 baş  və ya  3,2% artmışdır. Quşlar  isə keçən il 19382 baş,  bu  il  isə  19647 baş,  yəni 265 baş  və ya  1,4%  artmışdır. Arı ailəsi keçən il 4163 ailə olduğu halda, bu il isə 3543 ailə olmuş, yəni 620 arı ailəsi və ya 14,9% azalmışdır.            

Əhalinin heyvandarlığa olan marağının  nəticəsidir  ki, bəzi çətinliklərə baxmayaraq  rayonun əhalisi  bu  sahəni daha  yüksək  inkişaf etdirməyə çalışırlar.

 

Şuşa Rayon Statistika İdarəsinin rəisi 

A. Xəlilov

Rəylər

Aşağıdakı məlumatları qeyd edin