Xocalıda itkin düşən 24 nəfərin meyiti tapılıb

Xocalı soyqırımı zamanı 210 nəfərin itkin düşmüş şəxs kimi Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasında qeydiyyata alınıb, onlardan 168 nəfərin mülki şəxs, 42 nəfərin isə şəhərin özünümüdafiə dəstəsinin üzvləri olduğu bildirilir. Mülki şəxslərin arasında 38 nəfər uşaq, onlarda 23-ü oğlan, 15-i isə qız uşağıdır. Həmçinin mülki şəxslər arasında 57 nəfər qadın, 30 nəfər qoca da var.

Modern.az xəbər verir ki, 2021-ci ilin fevral ayından etibarən həyata keçirilən axtarış-qazıntı və ekshumasiya prosesində 831 itkin şəxsə aid ehtimal edilən meyit qalıqları aşkarlanaraq götürülüb. Həmçinin işğaldan azad edilmiş ərazilərdə 32 kütləvi məzarlıq aşkarlanıb. Aşkarlanmış kütləvi məzarlıqlardan 252 nəfərə aid ehtimal edilən meyit qalıqları ekshumasiya olunub.

Aşkarlanmış meyit qalıqlarının məhkəmə molekulyar-genetik ekspertizasının nəticəsi olaraq, I Qarabağ müharibəsində itkin düşmüş 220 nəfərin şəxsiyyəti eyniləşdirilərək ictimaiyyətə açıqlanıb, ailələrinə təhvil verilib, qanunvericiliyin tələblərinə və milli-dini ənənələrə uyğun dəfn ediliblər.

Şəxsiyyəti eyniləşdirilmiş 220 nəfərdən 24 nəfəri isə Xocalı soyqırımı zamanı itkin düşmüş vətəndaşlardır.

Rəylər

Aşağıdakı məlumatları qeyd edin