Böyük Qayıdışa dair II Dövlət Proqramı müzakirə olundu

Baş nazir Əli Əsədovun sədrliyi ilə İqtisadi Şuranın növbəti iclası keçirilib, sosial-iqtisadi inkişaf strategiyası müzakirə edilib.

Bu barədə  Nazirlər Kabinetindən məlumat verilib.

Bildirilib ki, iclasda "Azərbaycan Respublikasının 2027-2030-cu illərdə sosial-iqtisadi inkişaf Strategiyası"nın layihəsi və onun əsas hədəfləri geniş şəkildə nəzərdən keçirilib.

Eyni zamanda, "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair II Dövlət Proqramı"nın layihəsi də müzakirə mövzuları sırasında yer alıb.

Bundan başqa, 2025-ci il ərzində iqtisadi artımın əsas hərəkətverici amilləri, müxtəlif fəaliyyət sahələrindəki mövcud durum, həmçinin ilin yekunlarına görə makroiqtisadi və maliyyə sabitliyi sahəsində vəziyyət və siyasət prioritetləri, eləcə də digər cari məsələlər əhatəli şəkildə müzakirə olunub.

Gündəlikdəki məsələlər barəsində Baş nazirin müavinləri Samir Şərifov və Şahin Mustafayev, iqtisadiyyat naziri Mikayıl Cabbarov, həmçinin, Mərkəzi Bankın sədri Taleh Kazımov məruzələrlə çıxış ediblər.

İqtisadi Şuranın üzvləri iclasda təqdim edilən mövzularla bağlı öz rəy və təkliflərini bölüşüblər.

Sonda "Azərbaycan Respublikasının 2027–2030-cu illərdə sosial-iqtisadi inkişaf Strategiyası"nın layihəsi və digər müzakirə olunan məsələlər üzrə müvafiq tapşırıqlar müəyyənləşdirilib.(musavat.com)

Böyük Qayıdışa dair II Dövlət Proqramının layihəsi müzakirə olunub
Böyük Qayıdışa dair II Dövlət Proqramının layihəsi müzakirə olunub
İqtisadi Şuranın sədri, Baş nazir Əli Əsədov

Rəylər

Aşağıdakı məlumatları qeyd edin