Bu gün Ramazan bayramıdır
Azərbaycanda martın 20-i Ramazan bayramı qeyd olunur.
Ölkəmizdə müqəddəs Ramazan bayramı 1993-cü ildən dövlət səviyyəsində qeyd edilir.
Bayram müsəlmanlar tərəfindən hicri təqviminin ikinci (622-ci il) ilindən qeyd olunmağa başlayıb.
Ramazan ayı insanlara Allahı sevməyi öyrədir, onlara öz iradəsini, dözümünü yoxlamaq imkanı verir, insanları gözüaçıq, təmiz vicdanlı olmağa istiqamətləndirir və bunlar orucla ifadə olunur.
Xatırladaq ki, bu il Azərbaycanda Ramazan ayı fevralın 19-da başlayıb. Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, martın 20-si və 21-i Azərbaycanda Ramazan bayramı qeyd edilir.(modern.az)
0 Rəy