Şuşa ilə bağlı Tədbirlər Planı TƏSDİQLƏNDİ

Baş nazir Əli Əsədov “Şuşa şəhərinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb.

 

Sərəncama əsasən, Tədbirlər Planında nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi üzrə əlaqələndirici orqan Mədəniyyət Nazirliyi müəyyən edilib.

 

Tədbirlər Planında nəzərdə tutulmuş tədbirlər Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsində aidiyyəti icraçı qurumlar üçün ayrılmış vəsaitlər və qanunvericiliklə qadağan edilməyən digər mənbələr hesabına maliyyələşdiriləcək.

 

Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 7 fevral tarixli 134s nömrəli Sərəncamı ilə təsdiq edilmişdir. Şuşa şəhərinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı

Tədbirlər Planı

 

Sıra

№-si

Tədbirin adıİcra müddətiİcraçı orqanlar
1.“Şuşa - Türk dünyasının mədəniyyət paytaxtı 2023” ilinin rəsmi açılışı2023-cü il martAzərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi, Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəliyi, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi
2.“Xarıbülbül” VI Beynəlxalq Folklor Festivalının keçirilməsi2023-cü il mayAzərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi, Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəliyi, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi
3.

“Şuşa - Türk dünyasının mədəniyyət paytaxtı” ili ilə bağlı internet resurslarının və xatirə materiallarının hazırlanması:

  • “Şuşa - Türk dünyasının mədəniyyət paytaxtı 2023” ili ilə əlaqədar poçt markalarının və xatirə nişanının hazırlanması;
  • Şuşa şəhərinin elektron xəritəsinin və mobil tətbiqinin hazırlanması;
  • “Türk dünyasının mədəniyyət paytaxtı - Şuşa” portalının yaradılması.
2023-cü il ərzindəAzərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi

 

4.

Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin

100 illik yubileyinə həsr olunmuş I Türk Dünyası Mədəniyyət Forumunun təşkili və bu çərçivədə:

  • Beynəlxalq Türk Akademiyası ilə birgə türk dünyasında ortaq mədəni irsin, tarix-memarlıq abidələrinin qorunması, bərpası və tanıdılmasına həsr olunmuş tədbirin təşkili;
  • TÜRKSOY-a üzv ölkələrin UNESCO Milli Komissiyalarının 9-cu Toplantısının təşkili;
  • Türk Dünyasının Mədəni Marşrutu layihəsinin təqdimatı;
  • Türk dünyası mədəniyyət paytaxtlarının Şuşa şəbəkəsinin yaradılması və ilk görüşünün keçirilməsi;
  • TÜRKSOY Muzeylər Birliyinin toplantısının keçirilməsi.
2023-cü il may-iyunAzərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Heydər Əliyev Mərkəzi, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi, Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəliyi, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi
5.

Türk dünyasının tanınmış şair və yazıçılarının iştirakı ilə ədəbi-bədii tədbirlər:

  • Vaqif poeziya günləri çərçivəsində TÜRKSOY-a üzv ölkələrin şairlərinin görüşünün keçirilməsi;
  • Mir Möhsün Nəvvab Qarabağinin 190 illiyinə həsr olunmuş sərginin təşkili və “Mir Möhsün Nəvvab Qarabağinin silah kolleksiyası” adlı kitab-kataloqun təqdimatı;
  • “Məclisi-üns” ədəbi məclisinin təşkili.
2023-cü il iyul- sentyabrAzərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Yazıçılar Birliyi, Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəliyi, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi
6.TÜRKSOY, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu, Beynəlxalq Türk Akademiyası ilə birgə layihələrin keçirilməsi2023-cü il ərzindəAzərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəliyi, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi

 

7.Şuşada TÜRKSOY fotoqraflar və rəssamlar düşərgəsi2023-cü il ərzindəAzərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi, Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəliyi, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi
8.Şuşa şəhərində beynəlxalq uşaq yaradıcılıq festivalının keçirilməsi2023-cü il iyunAzərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi, Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəliyi, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi
9.“Wonderland Şuşa 2023” beynəlxalq skaut düşərgəsi2023-cü il ərzindəAzərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəliyi, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi
10.“Şuşa yaradıcılıq emalatxanası” beynəlxalq gənclər düşərgəsi2023-cü il ərzindəAzərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəliyi, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi
11.Türk dünyası diaspor gənclərinin görüşünün təşkili2023-cü il sentyabrAzərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəliyi, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi
12.TÜRKSOY Media Mükafatının (2022-ci ilin yekunlarına dair) təqdimatı2023-cü il ərzindəAzərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəliyi, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi

 

13.

TÜRKSOY Mədəniyyət Nazirlərinin Daimi Şurasının növbəti iclasının keçirilməsi və mədəni tədbirlərin təşkili:

  • “Four seasons of Shusha” layihəsi çərçivəsində ilin dörd fəslində xarici fotoqraflar tərəfindən Şuşada lentə alınmış fotolardan ibarət sərginin təşkili;
  • Türk dünyası musiqiçilərindən ibarət yığma orkestrin konserti.
2023-cü il oktyabrAzərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi, Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəliyi, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi
14.

Türk dünyası xalqlarının adət və ənənələrini özündə əks etdirən tədbirlərin təşkili:

  • Türk dünyası xalqlarına məxsus qədim idman növlərinin nümayiş etdirilməsi;
  • Türk dünyası xalqlarının kulinariya günlərinin keçirilməsi;
  • Türk dünyası dövlətlərinin aktiv və mədəni turizm sahəsində səyahətçi, bloger və digər şəxslərin Şuşaya səfərlərinin təşkili.
2023-cü il ərzindəAzərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi, Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəliyi, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi
15.

“Şuşa - Türk dünyasının mədəniyyət paytaxtı” ili çərçivəsində beynəlxalq konfrans, elmi seminar və digər tədbirlərin keçirilməsi:

  • “Türk dünyası: ortaq tarixi-mədəni dəyərlər, müasir reallıqlar və gələcəyə baxış” mövzusunda beynəlxalq konfransın keçirilməsi;

“Əhməd bəy Ağaoğlu və Türk dünyası” mövzusunda beynəlxalq konfransın keçirilməsi;

  • “Şuşa Türk dünyası tarixində” mövzusunda beynəlxalq konfransın keçirilməsi;
  • “Orta əsr mənbələrində və müasir dövr tədqiqatlarında Qarabağ və Şuşa” mövzusunda elmi seminarın keçirilməsi;
  • “Xarıbülbül əfsanəsi” sənədli filminin təqdimatı.
2023-cü il ərzindəAzərbaycan Milli Elmlər Akademiyası, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi, Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəliyi

 

16.“Qorqud Ata Türk Dünyası” Film Festivalının keçirilməsi2023-cü il oktyabrAzərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəliyi, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi
17.“Şuşa - Türk dünyasının mədəniyyət paytaxtı 2023” ilinin rəsmi bağlanışı2023-cü il noyabr-dekabrAzərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi, Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəliyi, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi

Rəylər

Aşağıdakı məlumatları qeyd edin