Mayın qeyri-iş günləri açıqlandı - Dəyişiklik var
May ayında planlarını indidən quranlar üçün təqvimdəki qırmızı rəngli günlərin sayı kifayət qədər çoxdur. Bu ay həm yaz tətili, həm də ardıcıl gələn bayramlar səbəbindən iş qrafikində dəyişikliklər olacaq.
Ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qrupları və ibtidai sinifləri üzrə 1-5 may tarixləri əvəzinə tətil ayın 18-dən 22-dək müəyyən edilib.
Beşgünlük iş həftəsi ilə çalışanlar üçün ayın şənbə və bazar günləri, yəni 2, 3, 10, 16, 17, 23, 24, 30 və 31 may tarixləri növbəti istirahət imkanlarıdır. Faşizm üzərində Qələbə Günü olan 9 may şənbəyə təsadüf etdiyi üçün qanunvericiliyə uyğun olaraq 11 may bazar ertəsi də qeyri-iş günü sayılacaq.
0 Rəy