2026-cı ilin yanvar-mart aylarında Şuşa rayonunun sosial-iqtisadi inkişafı

Ümumi məhsul buraxılışı. 2026-cı ilin yanvar-mart ayları ərzində Şuşa rayonunda iqtisadiyyatın əsas sahələri üzrə məhsul buraxılışı əvvəlki ilin müvafiq dövrünə nisbətən  37,4 faiz azalaraq 66829,5 min manat olmuşdur. İstehsal edilmiş məhsulun rayon əhalisinin hər nəfərinə düşən dəyəri 2639,7 manat təşkil etmişdir. 

Məhsulun 7045,7 min manatı sənaye sahəsində, 2986,7 min manatı kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsində, 55492,3 min manatı tikinti sahəsində, 160,1  min manatı nəqliyyat və anbar təsərrüfatı sahəsində, 1144,7 min manatı isə ticarət; nəqliyyat vasitələrinin təmiri sahəsində olmuşdur.    

Sənaye. Sənaye müəssisələrində 2026-cı ilin yanvar-mart ayları ərzində məhsul istehsalı 7045,7 min manat olmuş və onun 7044,7 min manatı elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sahəsinə aiddir.

         2025-ci ilin yanvar-mart ayları ərzində isə məhsul istehsalı 11639,3 min manat olmuşdur. 2026-cı ilin yanvar-mart ayları ərzində sənaye istehsalının fiziki həcim indeksi (sabit qiymətlərlə) 2025-ci ilin müvafiq dövrünə nisbətən 40,5 faiz olmuşdur. 

Sənaye müəssisələrində 2026-cı ilin aprelin 1-i vəziyyətinə muzdla çalışan işçilərin sayı 194 nəfər, yanvar-mart aylarında orta aylıq nominal əməkhaqqı isə 1722,9 manat təşkil etmişdir. Sənaye müəssisələrində orta aylıq nominal əməkhaqqı ötən ilin müvafiq dövrünə nisbətən 2,2 faiz artmışdır.

Tikinti. 2026-cı ilin yanvar-mart ayları ərzində tikinti quraşdırma işlərinə yönəldilmiş investisiyaların 54673,8 min manatı dövlət mülkiyyətli, 818,5 min manatını isə qeyri-dövlət mülkiyyətli müəssisələr tərəfindən yerinə yetirilmişdir.

2026-cı ilin yanvar-mart ayları ərzində əsas kapitala 55492,4 min manat investisiya yönəldilmişdir ki, bu da keçən ilin müvafiq dövrünə nisbətən 37,1 faiz az olmuşdur. Əsas kapitala yönəldilmiş investisiyanın 55492,3 min manatı tikinti quraşdırma işlərinə sərf olunmuş və 2025-ci ilin müvafiq dövrünə nisbətən 37,1 faiz az olmuşdur.

2026-cı ilin yanvar-mart aylarında yerinə yetirilmiş tikinti işlərinin həcmi 532,3 min manat təşkil etmişdir ki, bunun da 524,1 min manatı inşa, yenidənqurma və bərpa, 8,2 min manatı isə sair tikinti işlərinin payına düşür.

Kənd təsərrüfatı işlərinin gedişi haqqında. Cari ilin məhsulu üçün 2026-cı ilin 01 yanvar vəziyyətinə 1816,0 hektar sahədə payızlıq bitkilər, 01 aprel vəziyyətinə 11,0 hektar sahədə yazlıq bitkilər əkilmişdir. Payızlıq bitkilərin əkin sahəsinin 592,0 hektarını buğda, 1117,3 hektarını arpa, 106,7 hektarını yaşıl yem üçün payızlıq bitkilər, yazlıq bitkilərin əkin sahəsinin isə hamısını çoxillik otlar təşkil etmişdir. 

Yazlıq bitkilərin əkini hal-hazırda davam edir.

01 aprel 2026-cı il vəziyyətinə iri buynuzlu mal-qaranın sayı 4717 baş, inək və camışların sayı 2267 baş, qoyun və keçilərin sayı 26977 baş olmuşdur. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə iri buynuzlu mal-qaranın sayı 357 baş (8,2 faiz), inək və camışların sayı 172 baş (8,2 faiz), qoyun və keçilərin sayı isə 4220 baş (18,5 faiz) çox olmuşdur.

2026-cı ilin yanvar-mart ayları ərzində ət istehsalı 3168,0 sentner (diri çəkidə), süd istehsalı 4340,0 sentner, yumurta istehsalı 280,0 min ədəd olmuşdur. 2025-ci ilin yanvar-mart ayları ilə müqayisədə ət istehsalı 1742,0 sentner və ya 2,2 dəfə artmış, süd istehsalı 497,0 sentner və ya 10,3 faiz, yumurta istehsalı isə 25,0 min ədəd və ya 8,2 faiz azalmışdır.

2026-cı ilin yanvar-mart ayları ərzində kənd təsərrüfatının ümumi məhsulu faktiki qiymətlərlə 2986,7 min manat təşkil etmiş, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 81,1 faiz artmışdır. Sahə üzrə məhsul buraxılışının hamısını heyvandarlıq məhsulları təşkil etmişdir.

Nəqliyyat və anbar təsərrüfatı. 2026-cı ilin yanvar-mart ayları ərzində nəqliyyat sahəsində məhsul buraxılışının həcmi 160,1 min manat və ya keçən ilin müvafiq dövrünə nisbətən 4,9 faiz çox olmuşdur.

2026-cı ilin yanvar-mart ayları ərzində avtomobil nəqliyyatı ilə 47,0 min ton yük, 240 min sərnişin daşınmışdır. 2025-ci ilin müvafiq dövrünə nisbətən yük daşınması 4,4 faiz, sərnişin daşınması isə 5,3 faiz artmışdır.

İnformasiya və rabitə. 2026-cı ilin yanvar-mart ayları ərzində informasiya və rabitə xidmətləri üzrə fəaliyyət olmamış və 2025-ci ilin müvafiq dövründə isə informasiya və rabitə xidmətlərinin həcmi 73,5 min manat olmuşdur.

Ticarət; nəqliyyat vasitələrinin təmiri. 2026-cı ilin yanvar-mart ayları ərzində ticarət; nəqliyyat vasitələrinin təmiri sahəsində məhsul buraxılışının həcmi 1144,7 min manat və ya keçən ilin müvafiq dövrünə nisbətən 13,3 faiz çox olmuşdur. 

Hesabat dövründə rayon üzrə pərakəndə ticarət dövriyyəsinin həcmi 3511,4 min manat, əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri isə 440,7 min manat olmuşdur. Keçən ilin müvafiq dövrünə nisbətən pərakəndə ticarət dövriyyəsinin həcmi 13,3 faiz artmış, ödənişli xidmətlərin həcmi isə 41,9 faiz azalmışdır.

Muzdla çalışan işçilərin sayı və əməkhaqqı. 2026-cı ilin aprel 1-i vəziyyətinə rayonun iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1939 nəfər, yanvar-mart aylarında orta aylıq nominal əməkhaqqı isə 1067,9 manat təşkil etmişdir. Orta aylıq nominal əməkhaqqı ötən ilin müvafiq dövrünə nisbətən 13,4 faiz artmışdır.

 Yeni iş yerləri. 2026-cı  ilin yanvar-mart ayları ərzində 8 yeni iş yeri açılmışdır. Yeni açılmış iş yerlərindən 1-i yeni yaradılmış müəssisə və təşkilatlarda, 7-si isə mövcud müəssisə və təşkilatlarda açılmışdır. 

 

 

 

 

 

 

 

 

Demoqrafik vəziyyət haqqında. Şuşa rayonunun ərazisi 0,29  min kvadrat kilometr, bir kvadrat kilometrə düşən əhalinin sayı isə 87 nəfər təşkil edir.

2026-cı ilin aprel ayının 1-i vəziyyətinə Şuşa rayonunun əhalisinin sayı 25321 nəfər

olmuşdur. Bu ilin ilk üç ayı ərzində qeydiyyat şöbəsi tərəfindən 54 doğum, 44 ölüm, 24 nikah və 18 boşanma halları qeydə alınmış, 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə doğulanların sayı 8,0-dən 8,7-dək, ölənlərin sayı 5,5-dən 7,0-dək, boşanmaların sayı 2,6-dan 2,9-dək artmış, nikahların sayı isə 7,4-dən 3,8-ə düşmüşdür.

Şuşa Rayon Statistika İdarəsi

Rəylər

Aşağıdakı məlumatları qeyd edin