2026-cı ilin yanvar-iyun aylarında Şuşa rayonunun sosial-iqtisadi inkişafı

Ümumi məhsul buraxılışı. 2026-cı ilin yanvar-iyun ayları ərzində Şuşa rayonunda iqtisadiyyatın əsas sahələri üzrə məhsul buraxılışı əvvəlki ilin müvafiq dövrünə nisbətən  35,2 faiz azalaraq 173611,8 min manat olmuşdur. İstehsal edilmiş məhsulun rayon əhalisinin hər nəfərinə düşən dəyəri 6851,8 manat təşkil etmişdir. 

Məhsulun 14699,9 min manatı sənaye sahəsində, 4480,5 min manatı kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsində, 151532,1 min manatı tikinti sahəsində,  399,5  min manatı nəqliyyat və anbar təsərrüfatı sahəsində, 2499,8 min manatı isə  ticarət; nəqliyyat vasitələrinin təmiri sahəsində istehsal olunmuşdur. 

Sənaye. Sənaye müəssisələrində 2026-cı ilin yanvar-iyun ayları ərzində məhsul istehsalı 14699,9 min manat olmuş və onun 1,0 min manatı emal sənayesinin (qida məhsullarının istehsalı), 14698,9 min manatı isə elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sahəsinin payına düşmüşdür.

         2025-ci ilin yanvar-iyun ayları ərzində isə yerinə yetirilmiş işlərin dəyəri 20641,3 min manat olmuşdur. 2026-cı ilin yanvar-iyun ayları ərzində sənaye istehsalının indeksi (sabit qiymətlərlə) 2025-ci ilin müvafiq dövrünə nisbətən 46,6 faiz olmuşdur. 

Sənaye müəssisələrində 2026-cı ilin yanvar-iyun ayları ərzində 198  nəfər çalışmış və onlara 2030,0 min manat əməkhaqqı fondu hesablanmışdır. Bir işçiyə düşən orta aylıq nominal əməkhaqqı 1708,7 manat olmuşdur ki, bu da keçən ilin müvafiq dövrünə nisbətən 102,5 faiz təşkil etmişdir.

Tikinti. 2026-cı ilin yanvar-iyun ayları ərzində əsas kapitala 151652,4 min manat investisiya yönəldilmişdir ki, bu da keçən ilin müvafiq dövrünə nisbətən 66,2 faiz təşkil etmişdir. Əsas kapitala yönəldilmiş vəsaitin 151532,1 min manatı tikinti quraşdırma işlərinə sərf olunmuşdur.

Tikinti quraşdırma işlərinin 149649,6 min manatını dövlət mülkiyyətli, 1882,5 min manatını isə qeyri-dövlət mülkiyyətli müəssisələr tərəfindən yerinə yetirilmişdir.

2026-cı ilin yanvar-iyun ayları ərzində tikinti müəssisələri tərəfindən yerinə yetirilmiş tikinti işlərinin həcmi 2600,4 min manat, o cümlədən inşa, yenidənqurma və bərpa işləri üzrə 2529,2 min manat, sair tikinti işləri üzrə isə 71,2 min manat olmuşdur.

Tikinti müəssisələrində 2026-cı ilin yanvar-iyun ayları ərzində 64  nəfər çalışmış və onlara 308,4 min manat əməkhaqqı fondu hesablanmışdır. Bir işçiyə düşən orta aylıq nominal əməkhaqqı 815,9manat olmuşdur ki, bu da keçən ilin müvafiq dövrünə nisbətən 159,7 faiz təşkil etmişdir.

Kənd təsərrüfatı. Şuşa rayonu üzrə 2026-cı ilin kənd təsərrüfatı bitkiləri əkinlərinin qəti uçotu keçirilmişdir. Məlum olmuşdur ki,  Şuşa rayonu üzrə 2026-cı ilin məhsulu üçün 01 yanvar 2026-cı il vəziyyətə 1845,5 hektar sahədə şumlama işi aparılmış, ondan 592,0 hektarında buğda, 1117,3 hektarında arpa, 106,7 hektarında  isə yaşıl yem üçün  xəsil əkilmişdir. Məhsul yığımı üçün yaz əkininin sonunadək salamat qalan sahə 592,0 hektar buğda sahəsi və 1117,3 hektar arpa sahəsi olmuşdur.

2026-cı ilin məhsulu üçün rayon üzrə yazlıq əkin də aparılmışdır. Yazlıq əkindən 15,0 hektar sahədə tərəvəz, 3,2 hektar sahədə kartof, 35,2 hektar sahədə yazlıq yonca və 62,0 hektar sahədə ərzaq üçün bostan bitkiləri (38,0 hektar yemiş, 24 hektar qarpız)  əkilmişdir.

Beləliklə, 2026-cı ilin məhsulu üçün 2025,4 hektar əkin sahəsi vardır. Bunun 1816,0 hektarı payızlıq, 115,4 hektarı yazlıq və 94,0 hektarı  isə keçən illərdən qalmış yonca sahəsidir. Bundan başqa rayonumuzda 11,5 hektar bağ sahəsi vardır.  

2026-cı ildə 1709,3 hektar sahədə dənli və dənli paxlalı bitkilər əkilmişdir ki, bu da keçən ilə nisbətən 145,4 hektar və ya 9,3 faiz  çoxdur.

2026-cı ildə 80,2 hektar sahədə kartof, tərəvəz və bostan bitkisi əkilmişdir ki, bu da keçən ilə nisbətən 2,7 hektar və ya 3,5 faiz çoxdur.

2026-cı ildə 106,7 hektar yaşıl yem, yəni xəsil əkilmişdir ki, bu da keçən ilə nisbətən  11,0 hektar və ya 9,3 faiz azdır.

2026-cı ildə keçən illərdən qalma 94,0 hektar və 35,2 hektar yeni əkilmiş yonca sahəsi olmaqla cəmi 129,2 hektar yonca sahəsi vardır.

2026-cı ildə 129,2 hektar yonca sahəsi vardır ki, bu da keçən ilə nisbətən 23,5 hektar və ya 22,2 faiz  coxdur. 

01 iyul 2026-cı il vəziyyətinə iri  buynuzlu mal-qaranın sayı 4717 baş, inək və  camışların sayı 2267  baş, qoyun və  keçilərin sayı 26977 baş olmuşdur. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə iri buynuzlu mal-qaranın sayı 336 baş (7,7 faiz), inək  və  camışların sayı 102 baş (4,7 faiz), qoyun  və keçilərin sayı isə 4458 baş (19,8 faiz) çox olmuşdur.

 2026-cı ilin yanvar-iyun ayları ərzində ət istehsalı 2040,0 sentner (diri çəkidə), süd istehsalı 12650,0 sentner, yumurta istehsalı 640,0 min ədəd, yun istehsalı isə 390,0 sentner olmuşdur. 2025-ci ilin yanvar-iyun ayları ilə müqayisədə ət istehsalı 3944,0 sentner və ya 65,9 faiz azalmış, süd istehsalı 920,0 sentner və ya 7,8 faiz, yumurta istehsalı isə 5,0 min ədəd, və ya 0,8 faiz, yun istehsalı 40,0 sentner və ya 11,4 faiz  artmışdır.

2026-cı ilin yanvar-iyun ayları ərzində kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsi üzrə məhsul buraxılışının həcmi 4480,5 min manat və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 47,1 faiz az olmuşdur. Sahə üzrə məhsul buraxılışının 3112,5 min manatını heyvandarlıq, 1368,0 min manatını isə bitkiçilik məhsulları təşkil etmişdir.

Nəqliyyat. 2026-cı ilin yanvar-iyun ayları ərzində nəqliyyat sahəsində məhsul buraxılışının həcmi 399,5 min manat və ya keçən ilin müvafiq dövrünə nisbətən 18,4 faiz çox olmuşdur.

2026-cı ilin yanvar-iyun ayları ərzində avtomobil nəqliyyatı ilə 60,0 min ton yük, 402,0 min sərnişin daşınmışdır. 2025-ci ilin müvafiq dövrünə nisbətən yük daşınması 5,3 faiz, sərnişin daşınması isə 5,5 faiz artmışdır.

Ticarət; nəqliyyat vasitələrinin təmiri. 2026-cı ilin yanvar-iyun ayları ərzində ticarət; nəqliyyat vasitələrinin təmiri sahəsində məhsul buraxılışının həcmi 2499,8 min manat və ya keçən ilin müvafiq dövrünə nisbətən 19,2 faiz çox olmuşdur. 

Hesabat dövründə rayon üzrə pərakəndə ticarət dövriyyəsinin həcmi 7575,0 min manat, əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri isə 1577,2 min manat olmuşdur. Keçən ilin müvafiq dövrünə nisbətən pərakəndə ticarət dövriyyəsinin həcmi 19,2 faiz artmış, ödənişli xidmətlərin həcmi isə 20,6 faiz azalmışdır.

Muzdlu işçilər və əməkhaqqı.   Şuşa rayonunda 01 iyul 2026-cı il tarixinə 15 və yuxarı yaşda olan əmək qabiliyyətli əhalinin 72,0  faizini iqtisadi fəal əhali təşkil etmişdir. İqtisadi fəal əhalinin tərkibində məşğul olanların xüsusi çəkisi  93,1 faiz olmuşdur.

2026-cı ilin yanvar-iyun ayları ərzində rayonun iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1864 nəfər, onlara hesablanmış əməkhaqqı fondu 13053,7 min manat, orta aylıq nominal əməkhaqqı 1146,9 manat təşkil etmişdir. 2025-ci ilin yanvar-iyun ayları ərzində isə orta aylıq nominal əməkhaqqı 955,9 manat təşkil etmişdir. Orta aylıq nominal əməkhaqqı ötən ilin müvafiq dövrünə nisbətən 20,0 faiz artmışdır. 

 Yeni iş yerləri. 2026-cı ilin yanvar-iyun ayları ərzində 56 vahid yeni iş yeri açılmışdır ki, onların da hamısı daimi yeni iş yeri olmuşdur. Açılan yeni iş yerlərindən 7-si mövcud müəssisə və təşkilatlarda, 49-u isə yeni yaradılmış müəssisə və təşkilatlarda açılmışdır. 

Demoqrafik vəziyyət haqqında.  Şuşa rayonunun ərazisi 290,0 kvadrat kilometr, əhalisinin sıxlığı isə bir kvadrat kilometrə 87 nəfər təşkil edir. 

2026-cı ilin iyul ayının 1-i vəziyyətinə Şuşa rayonunun əhalisinin sayı 25338 nəfər olmuşdur. Doğulanların sayı 111 nəfər, ölənlərin sayı 85 nəfər, təbii artım 26 nəfər olmuşdur. Rayon üzrə nikahların sayı 50, boşanmaların sayı 34 olmuşdur. 

 

Şuşa Rayon Statistika İdarəsinin 

rəis müavini Asəf Mikayılov    

shushainfo.com                                                                      

Rəylər

Aşağıdakı məlumatları qeyd edin