Füzuli rayonu üzrə 2026-cı ilin yanvar-iyun aylarında kənd təsərrüfatı məhsullarının istehsalı

Füzuli rayonunda 2026-cı ilin yanvar-iyun aylarında 97319,2 min manat dəyərində kənd təsərrüfatı məhsulu istehsal olunmuşdur.

 2026-cı ilin yanvar-iyun aylarında Füzuli rayonunda 28454,0 hektar sahədən ilkin çəkidə 100182,7 ton dənli bitkilər toplanmışdır. Hər hektar sahəyə düşən orta məhsuldarlıq 35,2 sentner təşkil edir. Beləki 01 iyul 2026-cı il tarixli vəziyyətinə 11627,0 hektar buğda sahəsindən 41624,7 ton və 16827,0 hektar sahədən isə 58558,0 ton arpa məhsulu toplanmışdır. Buğda üzrə hər hektara düşən məhsuldarlıq 35,8 sentner, arpa üzrə isə 34,8 sentner təşkil edir. 

 01 iyul 2026-cı il tarixli vəziyətinə 768,7 hektar tərəvəz sahəsindən 1358,5 ton məhsul toplanmışdır ki, buda ötən ilin müvafiq dövrü ilə müqayisədə 133,6 ton çox məhsul deməkdir. Hər hektar sahəyə düşən məhsuldarlıq 73,2 sentner təşkil edir.

Bağlar və giləmeyvəliklər üzrə 743,0 hektar əkin sahəsindən 406,9 ton məhsul götürülmüşdür ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 4,1 ton çox məhsul deməkdir.

2026-cı ilin yanvar-iyun aylarında Füzuli rayonunda 1604,0 ton diri çəkidə ət, 14964,0 ton süd, 109111 min ədəd yumurta, 192,0 ton yun və 8,2 ton isə barama istehsal olunmuşdur. Ötən ilin müvafiq dövrü ilə müqayisədə ət istehsalı 3,7 faiz, süd istehsalı 1,5 faiz, yumurta istehsalı 2,8 faiz  barama istehsalı 13,9 faiz artmış, yun istehsalı isə 1,5 faiz azalmışdır.

  Füzuli Rayon Statistika İdarəsi

shushainfo.com

Rəylər

Aşağıdakı məlumatları qeyd edin