Laçın rayonunda Qorçu qəsəbəsinin tikintisi ilə bağlı hazırlıqlara başlanılır
Ölkə.az-ın xəbərinə görə, "Laçın rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti" publik hüquqi şəxsi qəsəbənin tikintisinin I mərhələsinə start verir.
Qəsəbədə fərdi yaşayış evlərin tikintisi üçün 49 mln 595 min 510 manat ayrılacaq.
Qeyd edək ki, Qorçu qəsəbəsinə birinci mərhələdə köçürüləcək əhalinin yaşayışını təmin etmək məqsədilə birmərtəbəli 366 fərdi evin tikintisi nəzərdə tutulur.
Onu da qeyd edək ki, Laçın rayonunun şimal-qərbində dağlıq ərazidə, Şəlvə çayının sol qolu olan Qorçu çayının sahilində yerləşən eyniadlı qəsəbə rayon mərkəzindən 64 kilometr, Bakı şəhərindən isə 475 kilometr məsafədədir.
Qorçu qəsəbəsi Laçının Ağalaruşağı, Oğuldərə, Zağaltı, Qarabəyli, Korcabulaq, Lolabağırlı kəndləri ilə birlikdə layihələndirilir. Ümumi sahəsi 300 hektar olan qəsəbənin layihələndirilmə işləri mərhələli şəkildə aparılacaq. Birinci mərhələdə salınacaq ərazinin sahəsi 142,54 hektar təşkil edir.
0 Rəy