Laçın-Xankəndi yolundan 18 maşın maneəsiz keçib

Rusiya sülhməramlılarına məxsus daha iki avtomobil azərbaycanlı ekofəalların Laçın-Xankəndi yolunda dinc məqsədlə təşkil etdikləri aksiya ərazisindən sərbəst keçib.

 

Xankəndidən gələn iki minik avtomobili Laçına gedib.

 

Həmişə olduğu kimi, bu gün – ekoaksiyanın 72-ci günündə də sülhməramlılara məxsus nəqliyyat vasitələrinin ərazidən heç bir maneə olmadan hərəkət etmələri bir daha aksiyanın məramının dinc olduğunu nümayiş etdirir. Azərbaycanlı ekofəallar etirazların ilk günündən humanist prinsiplərə sadiqdirlər. Heç də siyasi xarakter daşımayan bu aksiya Qarabağ ərazisində faydalı qazıntı yataqlarının istismarına qarşıdır.

 

Qeyd edək ki, bununla da bu gün indiyədək aksiya ərazisindən keçən avtomobillərin sayı 18-ə çatıb.(modern.az)

Rəylər

Aşağıdakı məlumatları qeyd edin