Qarabağdan Ermənistana 9 xəstə aparıldı, 7-si geri qaytarıldı

Martın 3-də Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə onkoloji xəstəlikləri və təcili cərrahi müdaxilə tələb edən patologiyaları olan 9 xəstə Qarabağdan Ermənistan Respublikasının müxtəlif ixtisaslaşdırılmış tibb mərkəzlərinə köçürülüb.

Musavat.com bununla bağlı erməni mediasına istinadən bildirir. Verilən məlumata görə, müalicə üçün Ermənistana göndərilən 7 xəstə isə müşayiətçiləri ilə birlikdə Xankəndiyə qayıdıb.

Qarabağ ermənilərinin guya “blokadada olduğunu” iddia edən erməni mediası bu kim “gəl-get” faktlarının ardınca əlavə edib ki, indiyədək (12 dekabrdan etibarən-M.) Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi və müşayiəti ilə 144 xəstə Qarabağdan Ermənistana aparılıb.

Rəylər

Aşağıdakı məlumatları qeyd edin