Bu gün Yel çərşənbəsidir

Bu gün Azərbaycanda Yel çərşənbəsi qeyd olunur.

 

Xalq təqvimi ilə Yel çərşənbəsi Novruz bayramının yaxınlaşmasından xəbər verən 3-cü çərşənbədir.

 

İnanclara əsasən Yel çərşənbəsinin gətirdiyi isti küləklər yazın gəlişini yaxınlaşdırır, təbiəti isindirir. Ona xalq arasında "Külək oyadan çərşənbə", "Küləkli çərşənbə" də deyilir.

 

Xalq inanclarına görə, Yel çərşənbəsi gecəsi söyüd ağacının altına niyyət edib, Yel babanı çağırmalısan. Əgər Yel baba sənin səsini eşidib əssə və söyüdün budaqları tərpənsə, diləyin yerinə yetər. Əski inanclara görə, bu gün külək bütün dünyanı gəzərək oyanmış suyu və odu hərəkətə gətirir. Yel xalqımızın mifik təfəkküründə yol göstərən bələdçi rolunu da oynayır. Yel çərşənbəsi həm də ilaxır çərşənbəyə hazırlıq deməkdir. Qədim insanlar küləyin həm də Allah tərəfindən göndərildiyini iddia ediblər. Yəni o, insanları həm əzizləyə, həm də cəzalandıra bilər.

 

Yel çərşənbəsi günü həm də tonqallar qalanmalıdır.

Rəylər

Aşağıdakı məlumatları qeyd edin