Füzuli rayonunda heyvanların, quşların və arı ailələrinin tam uçotunun yekunları

2023-ci ilin yanvar ayının 1-i vəziyyətinə heyvanların, quşların və arı ailələrinin tam uçotunun  yekunları haqqında

 

            Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 2011-ci il 06 iyul tarixli 23/11 nömrəli sərəncamı ilə təsdiq edilmiş təşkilat planına uyğun olaraq 2023-cü il yanvarın 1-i vəziyyətinə rayon ərazisində mal-qara və quşların tam uçotu aparılmışdır.

Bu məqsədlə  Rayon İcra Hakimiyyəti başçısının Sosial iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsi və Füzuli Rayon Statistika İdarəsinin birgə təşkil etdiyi yığıncağa kənd  təsərrüfatı müəssisələrinin rəhbərləri, şəhər, qəsəbə, kənd inzibati ərazi dairələrinin nümayəndələri və qış otlaqlarında mal-qaranın uçotunu aparmaq üçün yaradılmış briqadaların üzvləri dəvət olunmuşdur. 2022-ci il dekabr ayının 9-da Rayon İcra Hakimiyyətinin iclas zalında təlimatı müşavirə keçirildi. Müşavirədə 71 nəfər iştirak etdi.

           Təlimatı müşavirəyə dəvət olunan nümayəndələrə uçotun keçirilməsi barədə, işlərin başlanması və başa çatması haqqında geniş məlumat verildi. Bildirildi ki, mal-qaranın uçota alınması işinə tam məsuliyyətlə yanaşılmalı, qaçqın və məcburi köçkünlərin də  mal-qarası uçota alınmalıdır, uçota alınmış mal-qaraları yerli əhalinin mal-qarası ilə qarışdırılmamalı və  belə nöqsanlara yol verilməməlidir.

           Müşavirədə iştirak edən təsərrüfat, şəhər ,qəsəbə, kənd inzibati ərazi dairələrinin rəhbərləri ayrı-ayrı statistik hesabat formaları ilə tam təmin olunmuş, uçota alınma başa çatdıqdan sonra bu hesabat formaları keyfiyyətlə doldurularaq  vaxtında Rayon Statistika İdarəsinə təqdim  olunmasına göstəriş verilmişdir.

            Mal-qaranın uçota alınması üçün cəlb edilən işçilərə dekabr ayının 23-də  Rayon Statistika İdarəsinin binasında təlimatı müşavirə keçirildi.

   2023-cü il yanvar ayının 9-dan etibarən hesabat formaları Rayon Statistika İdarəsinə təqdim olunmağa başlanmışdır. Bu  məlumatlar dəqiqləşdirilmiş, mövcud olan nöqsanlar aradan qaldırılmışdır.

            Rayonda mövcud olan  mal-qaranın vəziyyəti əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə öz əksini aşağıdakı cədvəldə tapmışdır.

                                                                                                                            Cədvəl 1

Göstərici 01.01.202301.01.2022Fərq2022-ci ilin 2021 ci ilə nisbətən faizlə
İribuynuzlu mal-qara3835038356-699.9
O cümlədən, inək və camışlar 1628916227+62100.4
Qoyun-keçilər150202145772+4430103.0
Quşlar 411612399954+11658102.9
Arı ailələri26632490+173106.9
Atlar13571325+32102.4
Eşşəklər313306+7102.3

        Cədvəldən göründüyü kimi rayon üzrə iri buynuzlu mal-qaranın  sayı 2021-ci ilin müvafiq dövrünə nisbətən 6 baş və ya 0.1  faiz azalmış, inək və camışların sayı  62 baş və ya 0.4 faiz artmış, qoyun və keçilərin  sayı 4430 baş və ya 3.0 faiz artmış, quşların  sayı 11658 baş  və ya 2.9 faiz artmış,  arı ailələri 173 yeşik və ya  6.9 faiz artmış, atların sayı 32 baş və ya 2.4 faiz, eşşəklərin  sayı isə 7 baş və ya 2.3  faiz artmışdır.

         Qeyri-dövlət kənd təsərrüfatı müəssisələrində iri buynuzlu mal-qaranın sayı əvvəlki ilə nisbətən 52 baş  və ya 17.0 faiz, inək və camışların sayı 36 baş  və ya 17.7 faiz, qoyun və keçilərin  sayı  353 baş və ya 8.9 faiz azalmışdır.

Fərdi sahibkar, ailə kəndli ev təsərrüfatlarında iri buynuzlu mal-qaranın sayı  əvvəlki ilə nisbətən 46 baş və ya 0.1 faiz, inək və camışların sayı 98 baş və ya 0.6 faiz, quşların sayı

11658 baş və ya 2.9 faiz, arı ailələri 173 yeşik və ya 6.9 faiz, qoyun və keçilərin  sayı 4783 baş və ya 3.4 faiz, atların sayı 32 rəst və ya 2.4 faiz, ulaqların sayı isə 7 baş və ya 2.3 faiz  artmışdır.

2022-ci ildə rayon üzrə kənd təsərrüfatı məhsullarından ət istehsalı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 26.8 ton və ya  0.9 faiz, süd istehsalı 148.4 ton və ya 0.5 faiz , yumurta istehsalı  99 min ədəd və ya 0.6 faiz , yun istehsalı 6 ton və ya 2.1 faiz artmışdır.

 

Təsərrüfat kateqoriyaları üzrə heyvanların, quşların və 

arı ailələrinin sayı, baş

                                                                                                       Cədvəl 2

  01.01.2023-cü il01.01.2022-ci il

01.01.2023-cü il 

01.01.2022-ci ilə nisbətən, faizlə 

1Qeyri-dövlət kənd təsərrüfatı müəssisələri    
 İribuynuzlu mal-qara25430683.0
   o cümlədən inək və camışlar16720382.3
Qoyun və keçilər3619397291.1
Bütün növ quşlar000
2Fərdi sahibkar, ailə kəndli və ev təsərrüfatları üzrə cəmi   
 İribuynuzlu mal-qara3809638050100.1
    o cümlədən inək və camışlar1612216024100.6
Qoyun və keçilər146583141800103.4
Bütün növ quşlar411612399954102.9
Arı ailələri, vahid26632490106.9
Atlar 13571325102.4
Eşşəklər 313306102.3

                                                                                                                                 

2023-cü ilin yanvar ayının 1-i vəziyyətinə mal-qaranın uçota alınması uğurla aparılaraq başa çatdırılmış, materiallar Dövlət Statistika Komitəsinin Kənd təsərrüfatı statistikası şöbəsinə təqdim edilmişdir.

 

 

 

 Füzuli Rayon Statistika İdarəsinin rəisi                                                       

 R. Məstəliyev

Rəylər

Aşağıdakı məlumatları qeyd edin