Xocavənddə erməni minaya düşdü, ayağı qopdu

Xocavənd rayonunun Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan Qırmızı Bazar ərazisində aprelin 2-də meşə zonasında mina partlayıb və erməni mülki şəxs xəsarət alıb.

Bu barədə “Telegram”ın erməni seqmentində yayılan xəbərdə qeyd edilir.

Hadisə yerinə gələn polis əməkdaşları müəyyən ediblər ki, həmin gün saat 15:10 radələrində üç erməni ərazidə qulançar yığarkən minaya düşüb və 1997-ci il təvəllüdlü G.B. xəsarət alıb.

O xəstəxanaya yerləşdirilib, ona sol ayağının travmatik amputasiyası diaqnozu qoyulub.

Rəylər

Aşağıdakı məlumatları qeyd edin