Qarabağdakı hayklar Ermənistana yalnız Rusiya hərbçilərinin icazəsi ilə gedə biləcək...

Bundan sonra Qarabağdakı hayklar Ermənistana yalnız "ciddi zərurət yarandıqa Rusiya " sülhməramlı kontingenti" komandanlığından icazə almaqla  gedib-gələ biləcək".

News.am-ın yaydığı məlumata görə, bu haqda Azərbaycan torpağındakı 32 "yaşlı" separatçı-terrorçu rejimin qondarma "dövlət naziri" Qurgen  Nersisyan özünün "Facebook" səhifəsində məlumat yayıb.

"İnsanların həyatında daim yaranan problemləri (Ermənistanda qohumunun ölümü, dəfn mərasimləri,  ailə üzvünün ağır xəstəliyi, cərrahiyyə əməliyyatı və s.) və gərginliyin artması nəzərə alınaraq, son günlər Rusiya sülhməramlıları Qarabağdan oxşar problemlərlə üzləşmiş vətəndaşların Ermənistan daşınmalarına başlayıb. 

Qarabağdan Ermənistana gedən yolun bağlanmış hissəsində yuxarıda qeyd olunan prosesi nəzarətdə saxlamaq və vətəndaşlarımızı mümkün Azərbaycan təxribatlarından(guya-S.L.) qorumaq üçün  kəskin zərurət yaranarsa, təbii ki,  əvvəlcədən yalnız Rusiya Sülhməramlı Kontingenti ilə Əməkdaşlığın Təminatı Mərkəzinə müraciət etməklə və mərkəzin icazəsi ilə Rusiya sülhməramlılarının köməyi Ermənistana getmək mümkün olacaq.  

Səhhətində problem olan və tibbi yardıma ehtiyacı olan insanlara gəldikdə isə, onların Ermənistana köçürülməsi  səhiyyə nazirliyinin(qanunsuz və dondarma-S.L.) göstərişi ilə Beynəlxalq Qızıl Xaç Komitəsinin Qarabağ missiyası vasitəsilə təşkil olunacaq" -deyə Q.Nersisyan bildirib.

Zəruri şərh: 

Görünür, bu da Kremlin Qarabağdakı yeni "KQB"-"FSB" ssenarisinin növbəti layihəsidir... Bununla Azərbaycanın guya doğrudan da Ermənistana gedib-gələn hayklara qarşı təxribatlar törətməsi təəssüratı yaradılır və bir daha "təsdiqlənir ki, Rusiya hərbi kontingenti olmasa, haykların Qarabağda yaşaması mümkünsüz olacaq"... Halbuki, dünən də həkimlərimizin davranışı ilə sübut olundu ki, Azərbaycan Qarabağdakı ermənilərə öz vətəndaşları kimi yanaşır...

Sultan Laçın

Rəylər

Aşağıdakı məlumatları qeyd edin