Ermənistan Müdafiə Nazirliyindən yaralı hərbçilərlə bağlı açıqlama

Ermənistan Müdafiə Nazirliyi Azərbaycan hərbçiləri ilə Gorus rayonunun Dığ kəndi yaxınlığında baş vermiş atışma nəticəsində yaralanan 6 hərbçinin vəziyyəti barədə məlumat yayıb. Musavat.com bu barədə erməni mediasına istinadən bildirir.

Qeyd olunub ki, 3 yaralının vəziyyəti qənaətbəxş, digərlərinin vəziyyəti isə orta ağır, ağır və son dərəcə ağır olaraq qiymətləndirilir.

İrəvan rəsmən elan edib ki, atışma nəticəsində 4 əsgərini itirib.

Rəylər

Aşağıdakı məlumatları qeyd edin