Ermənistanda saxlanılan hərbçilərimizdən XƏBƏR VAR

Ermənistan ombudsmanı Anahit Manasyan Azərbaycan Silahlı Qüvvələrinin əsirlikdə olan 2 əsgərinə baş çəkib.

 

Modern.az "Sputnika Armenia"ya istinadən xəbər verir ki, bu barədə Ombudsman aparatının mətbuat xidməti məlumat yayıb.

 

"Manasyan onların saxlanma şəraiti ilə tanış olub. Hərbçilər onlara qarşı irəli sürülən ittihamlarla tanış olduqlarını bildiriblər", - deyə məlumatda qeyd olunub.

 

Xatırladaq ki, Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, Naxçıvanda xidmətdə olan 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlu və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlu itkin düşüblər. Onların yolu azaraq Ermənistan ərazisinə keçdiyi məlum olub. Hər iki əsgərimiz Ermənistanda saxlanılıb.

 

Ötən gün sosial şəbəkələrdə Hüseynin ermənilər tərəfindən işgəncələrə məruz qalmasını əks etdirən görüntülər paylaşılıb.

Rəylər

Aşağıdakı məlumatları qeyd edin