Cəsur insanlar Ağdamı minalardan təmizləyir - Britaniyalı deputat

Birləşmiş Krallıq Parlamentinin Azərbaycanla parlamentlərarası dostluq qrupunun rəhbəri Bob Bləkmən ötən həftə Azərbaycana səfəri zamanı Ağdamda minatəmizləmə prosesini izləyib.

 

Bu barədə siyasətçi "Twitter" hesabında məlumat paylaşıb.

 

Onun sözlərinə görə, Ağdamda minalardan təmizləmə sahəsində nəzarətli partlayış baş verib.

 

"Erməni qüvvələri tərəfindən Azərbaycan ərazisinə 1 milyondan çox mina qoyulub. İndi cəsur insanlar onları təmizləyirlər ki, azad edilmiş ərazilər yaşayış binaları və kənd təsərrüfatı üçün istifadə olunsun”, - Bləkmən bildirib.

Rəylər

Aşağıdakı məlumatları qeyd edin