Xankəndində qırğın: generalın təşkil etdiyi görüş qanla bitdi....-“Deputat” bıçaqlandı...

Qarabağdakı qanunsuz erməni silahlı qüvvələrinin sabiq komandanı, qondarma rejimin qeyri-qanuni “təhlükəsizlik şurası”nın keçmiş katibi, general Samvel Babayanın Xankəndində  təşkil etdiyi görüş qanla yekunlaşıb. 

Moderator.az xəbər verir ki, bu haqda “Hraparak” məlumata yayıb.

Məlumata görə, aprelin 16-da tədbir zallarından birində Babayanın tərəfdarları ilə görüşündən sonra ehtiraslar o qədər qızışıb ki, dil davası əlbəyaxa davaya çevrilib və görüş iştirakçılarından biri zalda Babayanın “partiyası”nın üzvü olan   qanunsuz “parlament”in “deputat”ı, “müdafiə komitəsi”nin sədri Seyran Ayrapetyan bıçaqlanıb. 

Bu günlərdə xəbər vermişdik ki, Samvel Babayan aprelin 26-dan Xankəndində fasiləsiz çadır mitinqlərinə başlamaq niyyətindədir və Qarabağ erməniləri arasında bir sıra aktiv görüşlərə başlayıb. Lakin  erməni nəşrinin yazdığına görə, bəhs edilən görüşün keçirildiyi  “400 yerlik zalda 100 nəfər belə, olmayıb”.

 Sultan Laçın

Rəylər

Aşağıdakı məlumatları qeyd edin