Albert Aqarunovun xatirəsi yad edilib

Azərbaycan Ordusunda Milli Qəhrəman Albert Aqarunovun xatirəsi yad edilib.

 

Hərbi qulluqçular əvvəlcə Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun Şəhidlər xiyabanındakı məzarını, sonra isə Nərimanov rayonunda ucaldılmış abidəsini ziyarət edib, xatirəsini ehtiramla yad edərək əklil və gül dəstələri qoyublar.

 

Sonra ölkənin ərazi bütövlüyü və torpaqların müdafiəsi uğrunda şəhid olmuş Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 

Çıxışlarda A.Aqarunovun şərəfli həyat yolundan bəhs edilib, onun döyüşlərdə göstərdiyi qəhrəmanlıqlar xatırlanıb.

 

Qeyd edək ki, I Qarabağ müharibəsi zamanı könüllü olaraq cəbhəyə yollanan A.Aqarunov 1992-ci il mayın 8-də Şuşanın müdafiəsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olub.

Rəylər

Aşağıdakı məlumatları qeyd edin