Rusiyadan Ermənistana qaz nəqli dayandırıldı

Rusiyadan Ermənistana təbii qazın nəqli müvəqqəti olaraq dayandırılıb.

 

Modern.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bu barədə “Gazprom Armenia” ASC-nin mətbuat xidməti məlumat yayıb.

 

Şirkətdən verilən məlumata görə, bu, mayın 1-dən 4-dək “Şimali Qafqaz-Zaqafqaziya” magistral qaz kəmərində nəzərdə tutulan təmir işləri ilə əlaqədardır.

 

Bildirilib ki, Ermənistanda istehlakçıların qaz təchizatı hazırda daxili ehtiyatlar hesabına həyata keçirilir.

Rəylər

Aşağıdakı məlumatları qeyd edin