Erməni keşişlər Xudavəngi tərk etməlidir - Komitə sədri

"Xudavəng monastrında olan erməni keşişlər oranı tərk etməlidir".

 

Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı jurnalistlərə açıqlamasında deyib.

 

O qeyd edib ki, səbəb onların monastra aidiyyətlərinin olmamasıdır: "Əminəm ki, onlar oradan çıxıb gedəcəklər. Xudavəng monastrı Qafqaz Albaniyasına məxsus abidədir. Gec-tez Alban-udi icması tərəfindən hər şey yoluna qoyulacaq. Ermənilərin ora aidiyyəti yoxdur".

Rəylər

Aşağıdakı məlumatları qeyd edin