Azərbaycana yeni minaaxtaran itlər gətirildi

Azərbaycana yeni minaaxtaran itlər gətirilib.

 

Bu barədə jurnalistlərə açıqlamasında Azərbaycan Minatəmizləmə Agentliyin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov məlumat verib.

 

“Son bir neçə gündə mina axtarışlarına dəstək verilməsi üçün təlim keçmiş daha 5 it gətirilib”, - o qeyd edib.

 

Sədr bildirib ki, yenidən ölkəyə təlim keçmiş itlərin gətirilməsi nəzərdə tutulur.

Rəylər

Aşağıdakı məlumatları qeyd edin