Xarici səyahətçilər Ağdamda olublar

“Club 100” təşkilatının 30-dan çox səyahətçidən ibarət nümayəndə heyəti bu gün Ağdamda olub.

"Report" xəbər verir ki, Skandinaviya ölkələrindən gələn tanınmış səyahətçilər erməni vandalizminin sübutlarını öz gözləri ilə görüb, eləcə də Ağdamda aparılan bərpa işlərinin gedişi ilə tanış olublar.

Xatırladaq ki, mayın 11-də İsveçin beynəlxalq səyahətçilər elitasının cəmləşdiyi “Club 100” təşkilatının geniş heyətinin Qarabağ və Şərqi Zəngəzura səfəri başlayıb. Nümayəndə heyəti burada Ermənistanın işğal dövründə törətdiyi dağıntılar, eləcə də torpaqlarımız işğaldan azad edildikdən sonra burada aparılan böyük quruculuq işləri ilə tanış olacaq.

Daha əvvəl ETIC, MTP, TCC, “NomadMania” kimi dünyanın əsas beynəlxalq səyahətçilər şəbəkələrinin işğaldan azad edilmiş ərazilərə səfərləri təşkil edilib. Artıq ötən 2 il ərzində Qarabağ və Şərqi Zəngəzura 6 səfər təşkil olunub.

 

 

 

 

Rəylər

Aşağıdakı məlumatları qeyd edin