Şuşa Qoruğunun yeni rəhbəri KİMDİR... - DOSYE

Xəbər verdiyimiz kimi, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin Müşahidə Şurasının növbəti rüblük iclası keçirilib. Müşahidə Şurasının yekdil qərarına əsasən Tural Novruzov icraçı direktor vəzifəsinə təyin edilib.

 

Tural Novruzov 2000-2004-cü illərdə Bakı Dövlət Universitetininin (BDU) Beynəlxalq hüquq və münasibətlər fakültəsinin beynəlxalq münasibətlər ixtisası üzrə bakalavr, 2004-2006-cı illərdə isə magistr təhsili alıb və fərqlənmə ilə bitirib.

 

2006-2008-ci illərdə Londonda biznes menecment üzrə təhsil alıb, 2008-2009-cu illərdə ‘‘Diplomatic Academy of London’’ təqaüdünü qazanaraq Londonda Westminster Universitetində Diplomatiya üzrə magistr təhsili alıb.

 

2016- cı ildə Cambridge Univeristetinə qəbul olub və biznesin idarə edilməsi üzrə (MBA) magistr təhsilini davam etdirib. 2021-2022-ci illərdə İsveçin Lund Universitetində ‘‘Şəhərsalmanın təbiətə əsaslanan həllərlə idarə olunmasında innovasiya’’ peşəkar inkişaf proqramını bitirib.

 

Tural Novruzov 2008-ci ildən Londonda ‘‘Blackstone Group’’ şirkətində daşınmaz əmlak aktivlərinin idarə edilməsi üzrə çalışıb. Daha sonra ‘‘Gilan Holdinq’’də daşınmaz əmlak aktivlərinin idarə edilməsinə rəhbərlik edib. 2019-cu ildən Beynəlxalq şəhərsalma və layihələndirmə şirkəti olan ‘‘Vasconi Architetctes’’ şirkətinin Azərbaycan üzrə rəhbəri olub, Gəncə şəhərinin baş planının hazırlanmasını icra edib.

 

2021-ci ildən etibarən Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsində Tarixi-mədəni irsin qorunması, ərazinin inkişafı və əmlakın idarə olunması şöbəsinə rəhbərlik edib. Ötən il Qoruq İdarəsinin İdarə Heyəti sədrinin müavini vəzifəsinə təyin olunub və yeni təyinata qədər icraçı direktor səlahiyyətlərini icra edib.

 

Rəylər

Aşağıdakı məlumatları qeyd edin