Ermənilər döyüş PUA-larını işə saldı - Ordumuz cavab tədbirləri görür

Mayın 18-i saat 07:15 radələrində Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Yellicə yaşayış məntəqəsi istiqamətində yerləşən bir neçə mövqeyinə qarşı Ermənistan silahlı qüvvələri tərəfindən döyüş PUA-ları tətbiq edilib.

 

Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

 

Əraziyə baxış keçirilərkən ermənilərin PUA-lar vasitəsilə atdığı kustar üsulla hazırlanmış əldəqayırma mərmilərin qalıqları aşkar edilib.

 

Azərbaycan Ordusunun bölmələri itki verməyib, cavab tədbirləri görülür.

 

"Bildiririk ki, bölgədə yaranan gərginliyə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür", - rəsmi açıqlamada bildirilib.

Rəylər

Aşağıdakı məlumatları qeyd edin