Separatçıların Xankəndi-Şuşa yolunda cəmi 22 gün davam edən aksiyası bitdi...

Azərbaycan dövlətinin Laçın yolundakı nəzarət-buraxılış məntəqəsinin götürülməsini tələb edən separatçı erməni fəallar mayın 2-dən bəri Xankəndi-Şuşa yolunun Xan bağı adlanan məkana yaxın hissəsində gecə-gündüz keçirilən üzdəniraq aksiyaya son qoyub və çadırlarını söküblər.

Moderator.az xəbər verir ki, bu haqda "Kavkazski uzel" nəşri məlumata yayıb.

Azərbaycanın bütün beynəlxalq və yerli qanunlara uyğun olaraq qoyulmuş sərhəd-keçid məntəqəsinə qarşı piket keçirən “Artsaxın etnik təmizlənməsinə yox" separatçı revanşist hərəkatının təşəbbüs qrupu dünən- mayın 24-də cəmi 22 gün davam etmiş etiraz aksiyasını başa çatdırıb. 

Aksiya təşkilatçılarından biri David Baqryan jurnalistlərə bildirib ki, çadırlar dünən səhər saatlarında fəalların Ruben Vardanyanın rəhbərlik etdiyi "Artsax təhlükəsizlik və İnkişaf cəbhəsi ümummilli hərəkatı"na qoşulması qərara alındıqdan sonra  sökülüb...

 

Sultan Laçın

Rəylər

Aşağıdakı məlumatları qeyd edin