Uşaqların Beynəlxalq Müdafiəsi Günündə Dövlət Komitəsinin sədri ilə maraqlı debüt: Oyunun qalibi…

1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Qaçqınların və
Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində idman uğurları olan bir qrup məcburi
köçkün məktəbli ilə görüş keçirilib.
Komitə sədri Rövşən Rzayev uşaqları təhsildə və idmanda qazandıqları
nailiyyətlərə görə təbrik edib, onların ölkəmizin layiqli vətəndaşları olacaqlarına və
vətənə daim fayda verəcəklərinə əminliyini ifadə edib. Qeyd olunub ki, Ulu Öndər
Heydər Əliyev hər zaman uşaq və gənclərin fiziki və mənəvi sağlamlığına xüsusi diqqət
və qayğı göstərib, onların milli-mənəvi dəyərlərə sədaqət və yüksək vətənpərvərlik
ruhunda böyüməsinə mühüm əhəmiyyət verib. Bu siyasi xətti Prezident İlham Əliyev
davam etdirir, ölkəmizdə gənc nəslin hərtərəfli inkişafı, o cümlədən bədən tərbiyəsi və
idmanla fəal məşğul olması üçün hər cür şərait yaradılıb. Birinci vitse-prezident
Mehriban xanım Əliyevanın ictimai-siyasi fəaliyyətində də uşaq və gənclərin təhsili,
sağlamlığı, mədəni inkişafı ilə bağlı məsələlər xüsusi yer tutur. Minnətdarlıq hissi ilə bir
daha xatırladılıb ki, məcburi köçkün ailələrin övladları da bu diqqət və qayğıdan geniş
şəkildə bəhrələnirlər.
Görüşdə məcburi köçkünlərin dogma yurda qayıdışından, işğaldan azad edilmiş
ərazilərdə gənc nəslin təhsili və idmanla məşğul olması üçün yaradılacaq şəraitdən də
bəhs olunub. Yeni salınan şəhər və kəndlərimizdə yeni məktəblərin tikildiyi, idman
quröularının yaradıldığı diqqətə çatdırılıb.
Görüşdə iştirak edən uşaqlar – Dövlət Komitəsinin Ulu Öndər Heydər Əliyevin
100 illik yubileyi münasibətilə məcburi köçkün məktəblilər arasında keçirdiyi şahmat
turnirinin qalibləri və ciu-citsu idman növü üzrə yarışda uğur qazanmış yeniyetmələr
əldə etdikləri nailiyyətlərdən danışıb, dogma yurda qayıdacaqları günü səbirsizliklə
gözlədiklərini bildiriblər. Dövlət komitəsinin sədri ilə məcburi köçkün şagirdlərin arzu və
istəkləri ilə maraqlanıb, onların təhsildə və idmanda daha böyük uğurlar qazanmasına
və şəxsi inkişaflarıına daim dəstək göstəriləcəyini deyib.
Görüşün sonunda Rövşən Rzayev Laçın məktəblisi, şahmat turnirin qalibi Bəyaz
Quliyeva şahmat taxtası arxasında əyləşiblər. Blits üslubunda keçən oyun heç-heçə
yekunlaşıb. Sonda Dövlət Komitəsinin sədri və məcburi köçkün şagirdlər xatirə şəkli
çəkdiriblər.

Rəylər

Aşağıdakı məlumatları qeyd edin